Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclas zamanı şəhərsalma sahəsində ictimai iştirakçılıq, dayanıqlı inkişaf, sosial inklüzivlik və icmaların qərarvermə prosesində rolunun gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr urbanizasiya prosesində vətəndaş cəmiyyətinin əhəmiyyəti, eləcə də yerli icmaların təşəbbüslərinin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media