Anomal istilər hələ başlamayıb, hər şey qabaqdadır - AÇIQLAMA

Ölkə ərazisində, xüsusilə Bakıda uzun sürən sərin və yağışlı havadan sonra temperaturun qısa müddətdə yüksəlməsi insanların sağlamlığına təsiri ilə bağlı sualları artırıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a açıqlama verən həkim-professor Adil Qeybulla bildirib ki, hazırda müşahidə olunan temperatur mövsüm üçün normal hesab olunmalıdır:

“Mən bu istiləri anormal saymıram. Temperatur 25 dərəcədir və bu, anomal istilik deyil. Anormal istiləri 40 dərəcə və daha yüksək temperatur hesab etmək olar. Əksinə, yaz-yay dövründə isti havaların olması normaldır”.

Professorun sözlərinə görə, insanların isti havadan qorunmaq üçün kifayət qədər imkanları var:

“Sərinləndirici vasitələr mövcuddur. Evdə və avtomobildə kondisioner, ağac kölgəlikləri və digər vasitələrdən istifadə etmək mümkündür. İnsan müəyyən saatlarda evdə qala bilər”.

Adil Qeybulla qeyd edib ki, hazırda dünya qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin gələcəkdə daha da güclənəcəyi proqnozlaşdırılır:

“İnsanların sayı artır. Fosil yanacaqların istifadəsi, avtomobillərdən çıxan qazlar, istehsal fəaliyyəti böyük karbon emissiyası yaradır. Göydə hər an minlərlə təyyarə var və onların da emissiyaları mövcuddur. Bütün bunlar qlobal istiləşməyə səbəb olur”.

Həkim-professor bildirib ki, atmosferdə toplanan karbon qazı istiliyi saxlayaraq temperaturun yüksəlməsinə təsir göstərir:

“Havada asılı qalan karbon qazı istiliyi özündə saxlayır və atmosferin soyumasının qarşısını alır. Bu səbəbdən dünyada istiləşmə prosesi daha da sürətlənir”.

Adil Qeybulla hesab edir ki, hazırkı hava şəraiti hələlik təhlükəli səviyyədə deyil, lakin qlobal istiləşmə ilə bağlı risklər getdikcə artır:

“Hazırda bunu qlobal və anomal istilər adlandırmaq düzgün deyil. Amma bütövlükdə dünyada çox ciddi vəziyyət yaranıb və alimlər bu məsələ üzərində ciddi düşünməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?

“McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?

Ayaz Salayevlə Röya Ayxan BARIŞDI - VİDEO

Ayaz Salayevlə Röya Ayxan BARIŞDI - VİDEO

Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazirdən açıqlama

Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazirdən açıqlama

Agentlik sədrindən vətəndaşlara MÜRACİƏT: "Taksi sürücülərinə anlayışla yanaşın!" - FOTO

Agentlik sədrindən vətəndaşlara MÜRACİƏT: "Taksi sürücülərinə anlayışla yanaşın!" - FOTO

“Sabah”-“Neftçi” matçının hakimi açıqlandı

“Sabah”-“Neftçi” matçının hakimi açıqlandı

Uşaqlıq fotolarını paylaşdı - FOTO

Uşaqlıq fotolarını paylaşdı - FOTO

Peskov Zelenskinin pozduğu vədlərdən DANIŞDI

Peskov Zelenskinin pozduğu vədlərdən DANIŞDI

Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar

Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar

18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi - FOTO

18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi - FOTO

Virus yayılan laynerdə sərnişinlərin gəmidən düşməsinə İCAZƏ VERİLDİ

Virus yayılan laynerdə sərnişinlərin gəmidən düşməsinə İCAZƏ VERİLDİ

Anomal istilər hələ başlamayıb, hər şey qabaqdadır - AÇIQLAMA

Anomal istilər hələ başlamayıb, hər şey qabaqdadır - AÇIQLAMA

Fatimə 19 minlik üzüyünü itirdi - FOTO

Fatimə 19 minlik üzüyünü itirdi - FOTO

Səudiyyə İranın proksi qüvvələrinə zərbələr endirib

Səudiyyə İranın proksi qüvvələrinə zərbələr endirib

Zelenski Ukrayna ordusuna Rusiya ilə bağlı yeni ƏMR VERDİ

Zelenski Ukrayna ordusuna Rusiya ilə bağlı yeni ƏMR VERDİ

Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı oldu - FOTOLAR

Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı oldu - FOTOLAR

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər

Maduro məşhur reperlə bir kamerada cəza çəkir: OĞLU danışdı - FOTO

Maduro məşhur reperlə bir kamerada cəza çəkir: OĞLU danışdı - FOTO

Azərbaycanda texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Azərbaycanda texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Emal edilməmiş almazların idxal və ixracına nəzarət BU QURUMA tapşırıldı

Emal edilməmiş almazların idxal və ixracına nəzarət BU QURUMA tapşırıldı

Krallığın daha bir naziri Kir Starmerə görə İSTEFA VERDİ

Krallığın daha bir naziri Kir Starmerə görə İSTEFA VERDİ

Xocavənddə əkin torpağının olmasını istəyənlərin NƏZƏRİNƏ: mayın 18-dən...

Xocavənddə əkin torpağının olmasını istəyənlərin NƏZƏRİNƏ: mayın 18-dən...

JIVA bu gün "Avroviziya-2026"da səhnəyə çıxır

JIVA bu gün "Avroviziya-2026"da səhnəyə çıxır

Şuşada üç qeyri-yaşayış binası söküləcək - Əli Əsədovdan QƏRAR

Şuşada üç qeyri-yaşayış binası söküləcək - Əli Əsədovdan QƏRAR

Emin Hüseynov Hadrut qəsəbəsi və Tuğ kəndi ilə bağlı iclas keçirdi - FOTO

Emin Hüseynov Hadrut qəsəbəsi və Tuğ kəndi ilə bağlı iclas keçirdi - FOTO

End of content

No more pages to load

RADİO