Zaur Əhmədov: "Bakıda keçiriləcək WUF13 tədbiri COP29 iqlim gündəliyinin davamı olacaq"

Şəhərlərin dayanıqlı inkişafı olmadan qlobal iqlim hədəflərinə çatmaq qeyri-mümkündür, bu baxımdan Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) COP29-da müzakirə edilən iqlim gündəliyinin davamı olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun "Global Bar Magazine" üçün məqaləsində bildirilib.

Onun sözlərinə görə, Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29-dan sonra ölkə əsas diqqətin iqlim tədbirləri, enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərinə yönəldiyi qlobal iqlim müzakirələrinin mərkəzinə çevrilib. Lakin iqlim gündəliyini urbanizasiya və şəhər mühitinin inkişafı məsələlərindən ayrı nəzərdən keçirmək olmaz. Məhz buna görə də WUF13-ün Bakıda keçirilməsi iqlim sammiti çərçivəsində başlanmış müzakirələrin məntiqi davamına çevrilir.



Z.Əhmədov qeyd edib ki, bu gün dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir: təxminən 3 milyard insan qeyri-standart şəraitdə yaşayır. Proqnozlara görə, 2050-ci ilə qədər planet əhalisinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq. Belə şəraitdə mənzil, infrastruktur, sosial inteqrasiya və dayanıqlı inkişaf məsələləri təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, həm də Avropa, o cümlədən İsveç üçün əsas məsələlərə çevrilir.

"İqlim hədəflərini - Paris sazişindən tutmuş milli strategiyalara qədər - dayanıqlı şəhərlər olmadan həyata keçirmək qeyri-mümkündür", - diplomat deyib. Onun sözlərinə görə, enerji səmərəli binalar, dayanıqlı mobillik, sirkulyar materiallardan istifadə və iqlim dəyişikliklərinə uyğunlaşma məhz düzgün şəhər planlaşdırmasından başlayır. Buna görə də WUF13 iqlim, mənzil, maliyyələşdirmə və sosial dayanıqlılıq məsələlərinin vahid kontekstdə nəzərdən keçiriləcəyi bir platforma olacaq.

Səfir xüsusi olaraq İsveçin şəhərlərin dayanıqlı inkişafı sahəsindəki təcrübəsinə toxunub. O qeyd edib ki, "Viable Cities", "Vinnova" kimi təşəbbüslər, eləcə də Kral Texnologiya İnstitutu və Lund Universitetinin iştirak etdiyi layihələr artıq iqlim baxımından neytral şəhərlərin qlobal modellərinin bir hissəsinə çevrilib. Onun sözlərinə görə, Stokholm, Göteborq və Malmö təcrübəsi şəhər mühitinin gələcəyi ilə bağlı beynəlxalq müzakirələrdə fəal şəkildə istifadə olunur.

O, həmçinin sənaye və şəhər inkişafı sahəsində İsveç və Bakı arasındakı dərin tarixi əlaqələri xatırladıb. Onun sözlərinə görə, hələ XIX əsrdə Nobel qardaşları - Robert, Lüdviq və Alfred - Bakının müasir sənaye mərkəzinə çevrilməsində mühüm rol oynayıblar.

Diplomat qeyd edib ki, 1878-ci ildə məhz Bakıda ilk müasir neft tankeri olan "Zərdüşt" (Zoroaster) istismara verilib, həmçinin enerji resurslarının daşınması sistemini əhəmiyyətli dərəcədə dəyişən ilkin boru kəmərləri inşa edilib. Bundan əlavə, "Ericsson" şirkəti hələ 1881-ci ildə regionda ilk telefon xətlərindən birini yaradıb.

Səfir vurğulayıb ki, bu gün tarixi əlaqələr rəqəmsallaşma və "ağıllı şəhərlər" sahəsində Azərbaycanla İsveç arasındakı əməkdaşlıq vasitəsilə öz müasir davamını tapır.



Z.Əhmədovun sözlərinə görə, iqlim dəyişiklikləri, münaqişələr və iqtisadi qeyri-bərabərliyin şəhərlərə miqrasiyanı gücləndirdiyi və infrastruktura əlavə təzyiq yaratdığı bir vaxtda dünya urbanizasiyanın yeni mərhələsinə qədəm qoyur.

Ekstremal hava hadisələri yaşayış yerlərini və kommunikasiyaları dağıdır, yaşayış xərclərinin artması və qeyri-kafi planlaşdırma isə mənzil böhranını daha da ağırlaşdırır. Bununla yanaşı, tədqiqatlar göstərir ki, keyfiyyətli mənzilə əlçatanlıq cəmiyyətin sağlamlığına, təhsilinə və iqtisadi inkişafına birbaşa təsir göstərir.

O qeyd edib ki, WUF13 təkcə mənzil tikintisinin yox, həm də maliyyələşdirmə mexanizmlərinin, idarəetmənin, innovasiyaların və sosial inteqrasiyanın müzakirəsi üçün beynəlxalq platforma olacaq. Forumun əsas məsələləri sırasında əlçatan mənzillərə investisiya qoyuluşu, qeyri-rəsmi yaşayış məskənlərinin inteqrasiyası və şəhərlərin iqlim dəyişikliklərinə qarşı dayanıqlılığının artırılması yer alır.

"WUF13 beynəlxalq forumdan daha çoxudur. Bu, tarixi təcrübənin, müasir innovasiyaların və gələcəyə baxışın qovuşduğu qlobal transformasiyanın növbəti mərhələsini müəyyən etmək imkanıdır", - Z.Əhmədov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Efirdə KOMİK ANLAR - Ufoloq əvəzinə uroloqu dəvət etdilər – VİDEO

Efirdə KOMİK ANLAR - Ufoloq əvəzinə uroloqu dəvət etdilər – VİDEO

“Avroviziya”dakı münsiflərimiz bəlli oldu - ÖZƏL

“Avroviziya”dakı münsiflərimiz bəlli oldu - ÖZƏL

Millimizin üzvü Xorvatiya klubuna KEÇİR

Millimizin üzvü Xorvatiya klubuna KEÇİR

Hava KƏSKİN DƏYİŞİR – Mayın 15-dən 18-dək...

Hava KƏSKİN DƏYİŞİR – Mayın 15-dən 18-dək...

İstanbulda İNSİDENT - Məktəbə gedən uşaqları izləyirdi, cəzası ağır oldu – VİDEO

İstanbulda İNSİDENT - Məktəbə gedən uşaqları izləyirdi, cəzası ağır oldu – VİDEO

Kiyevdə matəm elan edildi – VİDEO

Kiyevdə matəm elan edildi – VİDEO

Mərkəzi Bank "E-Kredit" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "E-Kredit" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi prospektində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi prospektində YENİLİK – FOTO

Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır – RƏSMİ/ÖZƏL

Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır – RƏSMİ/ÖZƏL

Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."

Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."

Avropanın ən güclü ordusu AÇIQLANDI – VİDEO

Avropanın ən güclü ordusu AÇIQLANDI – VİDEO

İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasından “Eco Element MMC” ilə bağlı PAYLAŞIM - FOTO

İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasından “Eco Element MMC” ilə bağlı PAYLAŞIM - FOTO

Dəhşətli qəzada həyatını itirən soydaşlarımızın FOTOLARI

Dəhşətli qəzada həyatını itirən soydaşlarımızın FOTOLARI

Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ

Avropada bir trilyon dollarlıq LAYİHƏ – NATO tarixə qovuşur, əvəzində isə... – DETALLAR

Avropada bir trilyon dollarlıq LAYİHƏ – NATO tarixə qovuşur, əvəzində isə... – DETALLAR

Bərk məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiya layihəsi HAZIRLANACAQ

Bərk məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiya layihəsi HAZIRLANACAQ

Prezidentdən Baxış Babayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Baxış Babayevlə bağlı SƏRƏNCAM

Zaur Əhmədov: "Bakıda keçiriləcək WUF13 tədbiri COP29 iqlim gündəliyinin davamı olacaq"

Zaur Əhmədov: "Bakıda keçiriləcək WUF13 tədbiri COP29 iqlim gündəliyinin davamı olacaq"

Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı – FƏRMAN

Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı – FƏRMAN

İldə cəmi 1 qram istehsal olunur - Dünyanın ən bahalı 10 delikatesi

İldə cəmi 1 qram istehsal olunur - Dünyanın ən bahalı 10 delikatesi

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimindən yadda qalanlar – FOTO/VİDEO

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimindən yadda qalanlar – FOTO/VİDEO

15 yaşlı qızı avtomobillə vurub, hadisə yerindən QAÇDI

15 yaşlı qızı avtomobillə vurub, hadisə yerindən QAÇDI

“Qəbələ” Asif Məmmədova görə 10 min manat CƏRİMƏLƏNDİ

“Qəbələ” Asif Məmmədova görə 10 min manat CƏRİMƏLƏNDİ

Hizbullah İsrail əsgərini FPV dronu ilə öldürdü – ANBAAN VİDEO

Hizbullah İsrail əsgərini FPV dronu ilə öldürdü – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO