Gəncədə naməlum avtomobil 15 yaşlı qızı vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı qəsəbəsində baş verib.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2011-ci il təvəllüdlü Z.Paşalını vurub.
Zərərçəkən yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
İlkin məlumata görə, hadisəni törədənı sürücü oradan uzaqlaşıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Faktla araşdırma davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu