Sumqayıt şəhərində fəaliyyət göstərən “Esmanur” uşaq bağçası ətrafında yaranan narazılıqlar davam edir. Daha əvvəl valideynlər uşaqlara təqdim olunan qidaların keyfiyyəti və vəd edilən xidmətlərin yerinə yetirilməməsi ilə bağlı şikayətlər səsləndirmişdilər.
Bizim.Media xəbər verir ki, “Sumqayit24.az”a daxil olan son videoya əsasən, bağçanın müdiri İlahə Xudiyevanın, müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən iclas zamanı gərgin anlar yaşanıb.
Kadrlarda tərəflər arasında mübahisənin kəskinləşdiyi, hətta fiziki müdaxilə halların baş verdiyi iddia olunur.
Bizim.Media