Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı - RƏSMİ

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlayıb.

Bizim.Media xəbər verir ki, Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023–2025-ci illəri əhatə edib.
 

Qeyd edilib ki, bu dövrdə daxilolmalar 240,7 mln. manat, xərclər isə 238,8 mln. manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68,5 mln. manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5,7 mln. manat) və digər xərclərin artırılması (37,8 mln. manat) hesabına formalaşıb.


Audit zamanı müəyyən edilib ki, 24,6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda “Azərterminalkompleks” Birliyinin hesabında saxlanılıb.

İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.

Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.

Yeni inzibati binanın tikintisi üzrə 17,9 mln. manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb.
 

Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746,9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.


Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.

Auditin nəticələrinə əsasən 966,1 min manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat natura formasında bərpa edilib, 3,2 mln. manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

End of content

No more pages to load

RADİO