Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay olacaq?

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından olduğunu açıqlayıb.

“Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində öz ixtisaslarına dair bilik və vərdişlərinin bir qismini itirə bilirlər və bu, arzuolunan hal deyil.

Ali təhsilli şəxslər də digər hərbi qulluqçular kimi onlara həvalə olunan vəzifələri yerinə yetirirlər. Buna görə də burada imtiyaz və ya xüsusi güzəşt məsələsindən daha çox sistemin effektivliyi müzakirə olunmalıdır.

Mənim fikrimcə, bu müddət azaldılmalıdır. Hətta xidmət müddətinin bir il deyil, daha qısa, doqquz ay, altı ay, hətta bəzi hallarda üç ay olması da mümkündür. Çünki Azərbaycanda çağırış potensialı kifayət qədər yüksəkdir və ümumilikdə peşəkar ordu modelinə keçid istiqamətində addımların sürətləndirilməsi vacibdir. Bu yanaşmanı onunla əsaslandırıram ki, hər bir xalqın gücü onun savadlı kadrları ilə ölçülür. Azərbaycanda da elmə və təhsilə yönəlmiş kifayət qədər gənc var. Lakin uzunmüddətli hərbi xidmət bəzi hallarda onların peşəkar inkişafında fasilə və motivasiya azalmasına səbəb ola bilər. Ona görə də xidmət müddətinin azaldılması daha məqsədəuyğun görünür”.

Ekspert bildirib ki, həm ictimaiyyət, həm də rəsmi dairələr hərbi xidmət mövzusunu müzakirə etsələr də, alternativ xidmət məsələsi kifayət qədər gündəmə gətirilmir.

“Halbuki bu istiqamətdə qanunvericilik mövcuddur və vaxtilə hazırlanıb, sadəcə müəyyən tarixi səbəblərə görə tam tətbiq olunmayıb. Bu gün həmin alternativ xidmət mexanizminin də tətbiqi və genişləndirilməsi vacibdir. 

Müxtəlif sosial və peşə sahələrində xidmət imkanlarının yaradılması daha balanslı yanaşma ola bilər. Bəzi arqumentlər, xüsusilə regional təhlükəsizlik və gərginliklə bağlı səbəblər xidmət müddətinin azaldılmamasını əsaslandırmaq üçün istifadə olunsa da, mən hesab edirəm ki, bu yanaşma hər zaman həlledici olmur. Ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması ordunun döyüş qabiliyyətinə və ya kadr təminatına ciddi mənfi təsir göstərməz”.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər hərbi təhsil müəssisələri və hazırlıq sistemləri mövcuddur.

“Hər kəs öz peşə seçiminə uyğun olaraq ya hərbi sahəyə, ya da digər ixtisaslara yönələ bilir. Ümumilikdə yanaşmam ondan ibarətdir ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması həm sosial, həm də peşəkar baxımdan daha düzgün addım ola bilər. Bu prosesin gecikdirilmədən, daha balanslı şəkildə həyata keçirilməsi məqsədəuyğundur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

Sumqayıtda tikilidə yanğın oldu

Sumqayıtda tikilidə yanğın oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

End of content

No more pages to load

RADİO