Gəncədə qadın ailə münaqişəsi zəminində xəsarətlər alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1985-ci il təvəllüdlü S. Cəfərova bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozu ilə şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib.
38 yaşlı qadına dərhal tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu