Şəmkirdə yanğın hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb. Şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.
Bizim.Media