BİZİM TƏQVİM:16 apreldə baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqrama əsasən 5 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alıb.

Bəs, aprelin 16-da daha hansı hadisələr baş verib?

1. 16 aprel 1941-ci ildə 500 Almaniya təyyarəsi bütün gecə Londonu bombalayıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniyanın İngiltərəyə etdiyi “The Blitz” hücumlarının ən böyüyü idi. 1940-cı ilin oktyabrından 1941-ci ilin iyununa qədər davam edən bu hücumlarda təxminən 32.000 vətəndaş öldü, 87.000 min nəfər yaralandı.

2. 1945-ci ilin 16 aprelində Sovet Ordusu Almaniyanın paytaxtına girdi və Berlin uğrunda müharibə başladı.
 

3. 16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıldı. Qısa adı OECD olan təşkilatın üzvləri sənayeləşmiş və inkişaf etməkdə olan ölkələrdən ibarətdir. Hal-hazırda Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 36 ölkə üzvü var.


4. 1972-ci il 16 apreldə bəşər övladının 5-ci Ay yolculuğu “Apollo 16” kosmik gəmisilə başladı.

5. 16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Məhəmməd Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan “Taliban” tərəfindən ələ keçirilərək Kabilin mərkəzində asıldı.

6. 2017-ci ilin 16 aprelində Türkiyədə hökumət idarəetmə formasını prezidentlik sistemi olaraq dəyişdirmək üçün referendum keçirildi.

16 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Yaradıcılığı ilə XX əsr Avropa ədəbiyyatına güclü təsir göstərən məşhur fransız yazıçısı Anatol Frans (Jak Anatol Fransua Tibo) 1844-cü ilin bu günü Parisdə anadan olub (1844-1924)
 

2. Dahi Amerika rejissoru, aktyoru və ssenari müəllifi, Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplin 1889-cu ilin 16 aprelində İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Yaratdığı Şarlo obrazı, “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır(1889-1977)


3. Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır (1916-1961).

4. 1934-cü ilin bu günündə tanınmış bəstəkar, Xalq artisti Ramiz Mirişli anadan olub(1934–2015). O, “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Yandım, elə yandım”, “Yeddi qızdan biri gözəl”, “Küsüb məndən” və digər sevilən mahnıların müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə az benzinlə maşını sürmək olmaz?

Niyə az benzinlə maşını sürmək olmaz?

Azərbaycan Ermənistandan məhsul idxalına BAŞLADI - FOTO

Azərbaycan Ermənistandan məhsul idxalına BAŞLADI - FOTO

"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

“BakuBus” avtobusunda tüstülənmə oldu – VİDEO

“BakuBus” avtobusunda tüstülənmə oldu – VİDEO

Şəmkirdə kişini “tok” vurub öldürdü

Şəmkirdə kişini “tok” vurub öldürdü

Azərbaycanda məktəb direktoru 69 min mənimsəyib Türkiyəyə qaçdı - TUTULDU

Azərbaycanda məktəb direktoru 69 min mənimsəyib Türkiyəyə qaçdı - TUTULDU

Qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?

“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?

Naxçıvanda qaya uçqunu oldu – FOTO - VİDEO

Naxçıvanda qaya uçqunu oldu – FOTO - VİDEO

Masallıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO

Masallıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO

Metroda yenə GECİKMƏ: Qatar səkkiz dəqiqə yubandı

Metroda yenə GECİKMƏ: Qatar səkkiz dəqiqə yubandı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Odessaya PUA HÜCUMU – Ölənlər və yaralılar var - FOTO

Odessaya PUA HÜCUMU – Ölənlər və yaralılar var - FOTO

Əhalinin NƏZƏRİNƏ – Saat 12.00-dan 16.00-dək...

Əhalinin NƏZƏRİNƏ – Saat 12.00-dan 16.00-dək...

Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili

Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili

Korlanmış pulları əlində qalmış VƏTƏNDAŞLAR ­– Mütləq bu ünvana müraciət edin!

Korlanmış pulları əlində qalmış VƏTƏNDAŞLAR ­– Mütləq bu ünvana müraciət edin!

Alkoqolsuz pivə həqiqətən faydalıdır? — Yeni araşdırma

Alkoqolsuz pivə həqiqətən faydalıdır? — Yeni araşdırma

34 ildən sonra İLK – İsrail-Livan danışıqları BAŞLAYIR

34 ildən sonra İLK – İsrail-Livan danışıqları BAŞLAYIR

Arılar İsrail ordusunu “məğlub etdi” – VİDEO

Arılar İsrail ordusunu “məğlub etdi” – VİDEO

Yeməyin yanında çay içənlərə pis xəbər

Yeməyin yanında çay içənlərə pis xəbər

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinalda

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinalda

Xalq artistinin oğlu hərbi xidmətə gedir — FOTO

Xalq artistinin oğlu hərbi xidmətə gedir — FOTO

Ət UCUZLAŞACAQ?

Ət UCUZLAŞACAQ?

End of content

No more pages to load

RADİO