Bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında öz əksini tapıb.
Hesabat dövründə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.

Bizim.Media