BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

1920-ci ilin bu günündə Azərbaycanın Tehrandakı səfiri Adil Xan Ziyadxanovun Azərbaycan Xarici İşlər Nazirliyinə teleqramı ünvanlayıb.

Həmin teleqramda erməni silahlı dəstələrinin yaşayış məntəqələrinə hücum etdiyi bildirilib: 

“Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir. Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm... Təcili tədbirlər görülməlidir”.

Bəs, aprelin 10-da dünyada daha hansı hadisələr baş verib?

1.  10 aprel 1845-ci ildə Türk polis təşkilatı qurulub.

2.  10 aprel 1922-ci ildə Genuya Konfransı başlayıb. Nəriman Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib.

3.  10 aprel 1925-ci ildə III Zaqafqaziya sovetlər qurultayı başlayıb.

4.  10 aprel 1944-cü ildə Sovet qoşunu Odessanı azad edib.

5.  10 aprel 1955-ci ildə SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb.

6.  10 aprel 1969-cu ildə SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi “MİQ 23”-ün sınaqları başlayıb.

7.  10 aprel 1972-ci ildə Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib.

8.  10 aprel 1992-ci ildə Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Bununla da Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb.

9.  10 aprel 1996-cı ildə Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Aprelin 10-da bu şəxsiyyətlər xatırlanır:

1.  10 aprel 2004-cü ildə Türk iş adamı Sakıf Sabancı vəfat edib.

2.  10 aprel 2010-cü ildə Polşa prezidenti Lex Kaçinski təyyarə qəzasında həlak olub.

3. 10 aprel 1923-cü ildə yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.

4. 10 aprel 1928-ci ildə Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.

5. 10 aprel 1930-cu ildə tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.

6. 1939-cu ilin bu günündə Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 –11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

7. 10 aprel 1979-cu ildə Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.

8. 10 aprel 1992-ci ildə Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO