ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran neftinə ehtiyacı olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp Baltimorda çıxışı zamanı Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edib. O, digər ölkələrin İran neftinə böyük ehtiyac duyduğunu və neft daşımalarının rekord səviyyəyə çatdığını deyib.
Tramp, həmçinin Vaşinqtonun İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu bildirib.
Bizim.Media