Kafedə müştəriləri bıçaqlayan şəxs məhkəmə zalında HƏBS OLUNDU

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əhməd Rəfiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub, ona 5 il 1 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilib.


İttihama görə, hadisə 05 dekabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Şollar” kimi tanınan kafedə baş verib.

Belə ki, Əhməd Rəfiyev şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Aydın” adlı şəxslə birlikdə bir qrup şəxs halında kafedə olan çoxsaylı müştərilərin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozub.

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs özünü digərlərindən üstün və müstəsna şəxsiyyət kimi göstərmək məqsədilə cəmiyyətin qəbul etdiyi davranış qaydalarına açıq hörmətsizlik nümayiş etdirərək qərəzli hərəkətlər edib. O, əvvəlcə kafedə müştəri qismində olan zərərçəkmiş şəxslərdən birinə – Dadaş Kərimovun (adı, soyadı şərtidir) sifət nahiyəsinə yumruqla zərbələr endirib.
 

Daha sonra yaranmış mübahisə dava-dalaşa çevrilib. Bu zaman Əhməd digər zərərçəkmiş Zahid Yusifovun (adı, soyadı şərtidir) bıçaqla qarın nahiyəsindən bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarının sol qabırğaaltı nahiyəsindən periton boşluğuna nüfuz edən, mədəni zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilib. Lakin birinci instansiya məhkəməsi tərəfindən əməl yenidən hüquqi qiymət verilərək Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə tövsif olunub və təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Rəfiyevə şərti cəza təyin edilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

End of content

No more pages to load

RADİO