Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş - AÇIQLANDI

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə subasmalara səbəb olub. Qısa müddətdə düşən yağıntının həcmi isə diqqətçəkən dərəcədə yüksəkdir. Bəs bunun arxasında hansı amillər dayanır?

Bizim.Media xəbər verir ki, meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, aprel ayında Azərbaycanda müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var:

“İlk olaraq bu, atmosfer dövranı və hava kütlələri ilə əlaqədardır. Aprel ayı keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələri ölkə ərazisində tez-tez qarşılaşır. Şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur”.

Ekspertin sözlərinə görə, iqlim dəyişikliyi və rütubət də sözügedən prosesdə rol oynayır.

“Qlobal istiləşmə nəticəsində atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu, yağıntıların paylanmasını qeyri-müntəzəm edir və qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır.

Xəzər də dənizinin təsiri var. Şərq rayonlarında yağıntıların daha güclü olması çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsi ilə bağlıdır”.

Meteoroloq oroqrafik amillərdən də  (relyef) söz açıb:

“Azərbaycanın dağlıq relyefi hava kütlələrinin qarşısını kəsərək onları yuxarı qalxmağa məcbur edir. Bu proses havanın soyumasına və xüsusilə Böyük və Kiçik Qafqazın ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır”.

Ekoloq Sadiq Həsənov isə saytımıza açıqlamasında yağışların intensiv formada yağmasını belə şərh edib:

“Son günlər Azərbaycanda, ümumilikdə isə Qafqaz regionunda müşahidə olunan intensiv yağışların əsas səbəbi arktik mənşəli siklonların Xəzər dənizi üzərinə daxil olmasıdır. Məlum olduğu kimi, yaz mövsümünə keçid dövründə temperatur fərqləri artır və bu da atmosfer proseslərini daha da aktivləşdirir. Havaların nisbətən mülayimləşməsi nəticəsində Arktika zonasında buzlaqların əriməsi güclənir və bu, şimaldan gələn soyuq hava kütlələrinin formalaşmasına şərait yaradır. Həmin hava kütlələri və siklonlar güclü küləklərin təsiri ilə Şərqi Sibir üzərindən hərəkət edərək Xəzər dənizinin şimal hissəsinə daxil olur”.

Müsahibimiz bildirib ki, nəticədə həmin siklonlar bölgədə qeyri-sabit hava şəraiti yaradaraq intensiv yağıntılara səbəb olur:

“Bu cür proseslər əsasən yazın gəlişi dövründə, mart ayının sonlarından başlayaraq aprel ayının ortalarına qədər daha aktiv olur və tez-tez güclü yağışlarla müşayiət edilir. Mart ayının sonlarında yağan yağışlardan sonra isə Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri bölgədə havanın temperaturunu 18–20 dərəcəyə qədər yüksəltdi.
 

Bu istiləşmə buxarlanmanı artırdı ki, bu da yağıntıların intensivliyinə əlavə təsir göstərən amillərdən biri oldu. Hazırkı vəziyyətə əsasən demək olar ki, aprel ayı ərzində də bu cür dəyişkən və yağışlı hava şəraiti davam edə bilər. Aralıq dənizindən daxil olan isti siklonlar qısa müddətli mülayimləşmə yaratsa da, ümumi proseslər yağıntılı havanın üstünlük təşkil edəcəyini göstərir”.


Qeyd edək ki, mart ayının sonunda yağan yağışların miqdarı normadan xeyli artıq olub. Belə ki, Bakı və Abşeron yarımadasında illik yağıntı norması təxminən 200–250 mm olduğu halda, artıq bunun 60–70 faizinə yaxın hissəsi qısa müddətdə qeydə alınıb. Bu isə region üçün kifayət qədər yüksək yağıntı göstəricisi hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

End of content

No more pages to load

RADİO