Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? - 200-300 km uzağa...

Böyük şəhərlərdən, xüsusilə Bakıdan kəndlərə kütləvi qayıdış ehtimalı yenidən gündəmə gəlib. Bildirilir ki, bahalaşma, nəqliyyat sıxlığı, psixoloji gərginlik kimi amillərlə yanaşı, artıq yağışlar nəticəsində yaranan subasma da şəhər həyatını getdikcə çətinləşdirir.

Bəs hazırda insanların eyni intensivliklə yenidən kəndlərə qayıtması mümkündürmü?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, zaman-zaman inkişaf tendensiyalarına uyğun olaraq əhalinin ölkədaxili miqrasiyası daim baş verib:
 

“Bu, dünya təcrübəsində normal proses hesab olunur. Türkiyə, İran və digər qonşu ölkələrdə olduğu kimi insanlar əsasən iş imkanlarının daha geniş olduğu böyük şəhərlərə üz tuturlar. Bunun əsas səbəbi sənaye və xidmət sektorlarının inkişafı, eləcə də sosial infrastrukturun paytaxt və iri şəhərlərdə daha yaxşı qurulmasıdır.


Nəticədə kəndlərdən şəhərlərə kütləvi köç müşahidə olunur. Eyni tendensiya Rusiya, Ukrayna və Belarus kimi ölkələrdə də qeydə alınıb. Lakin şəhərə köçüb orada adaptasiya olan insanların yenidən kəndlərə qayıtması demək olar ki, kütləvi xarakter almır. Dünya təcrübəsində bu proses çox zəif müşahidə olunur. Məsələn, İstanbul kimi milyonlarla əhalisi olan şəhərdə yaşayanların böyük hissəsi müxtəlif bölgələrdən köçənlərdir və dönüş halları çox nadirdir. Azərbaycan üçün də vəziyyət oxşardır. Ölkə kiçik olsa da, regionlardan paytaxta axın davam edir”.

Ekspert bildirib ki, əks miqrasiyanın baş verməsi üçün regionlarda kiçik və orta sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalıdır:

“Dövlət maliyyə resurslarına və xüsusilə aşağı faizli kreditlərə əlçatanlığı təmin etməlidir. İnsanlar yalnız iqtisadi imkanlar olduqda kəndlərdə fəaliyyət qurmağa maraq göstərirlər. Hazırda Azərbaycanın kənd və qəsəbələrində bu imkanlar tam formalaşmadığı üçün kütləvi dönüş gözlənilmir. İnsanlar əsasən harada iş və gəlir varsa, orada yaşamağa üstünlük verirlər. Lakin səhiyyə, təhsil və sosial təminat sahələrində imkanlar genişləndirilərsə, müəyyən sahələr üzrə qayıdış mümkündür.
 

Qarabağın bərpası prosesi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdərə kimi ərazilərdə yenidən qurulan şəhər və qəsəbələr gələcəkdə məskunlaşma üçün imkanlar yaradır.


Amma prosesin uğurlu olması üçün əsas şərt yenə də iş yerlərinin yaradılması və dayanıqlı sosial təminatın təmin edilməsidir. Ümumilikdə, əhalinin geri dönüşünü müəyyən edən əsas amillər iş imkanları, sosial təminat və keyfiyyətli təhsil mühitidir. Bu şərtlər formalaşarsa, Bakıdan 200-300 km uzaqda yerləşən rayon və kəndlərə köçmək insanlar üçün çətin deyil. Əks halda, miqrasiya axınının istiqaməti dəyişməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ - FOTO

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

End of content

No more pages to load

RADİO