Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın “Partizani” klubundan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçiyə Polşa, Qazaxıstan və Türkiyə klublarından təkliflər var.
Lakin millimizin üzvü son qərarını may ayında verəcək.
İsgəndərliyə Azərbaycan Premyer Liqasından da təkliflər olsa da, o, ölkəyə qayıtmaq istəmir. Vüsal İsgəndərlinin “Partizani”də qalmaq ehtimalı da var. Hər şey mövsümün sonunda rəhbərliklə aparılan danışıqlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Vüsal İsgəndərli ötən yay Albaniyanın “Partizani” klubuna transfer olunub.
Bizim.Media