Başgicəllənmə bu xəstəliyin əlamətidir

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər.

Bizim.Media xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər.

Xüsusilə başgicəllənməsinə qulaqda küy, təzyiq hissi və eşitmə itkisi olarsa, diqqətli olmaq lazımdır. Bildirilir ki, bu cür əlamətlər gündəlik həyatı ciddi şəkildə çətinləşdirən Meniere xəstəliyinin xəbərçisi ola bilər.

Türkiyəli həkim Duygu Erdem bildirib ki, az miqdarda duz qəbulu və kifayət qədər maye içilməsi Meniere xəstələrində tutmaların yaranmasının qarşısını almağa kömək edir. O qeyd edib ki, Meniere xəstəliyini yüngül qəbul etmək olmaz.

Professorun sözlərinə görə, Meniere xəstəliyi gündəlik həyata ciddi mənfi təsir göstərir. Bu xəstəlik zamanı başgicəllənmə (vertiqo) tutmalar şəklində baş verir. Bununla yanaşı mütləq şəkildə eşitmə itkisi, qulaqda təzyiq hissi və küy yaranır. Xəstənin qulağında əvvəlcə sanki partlayacaqmış kimi güclü təzyiq hissi və küy başlayır. Daha sonra buna başgicəllənməsi qoşulur və eşitmə itkisi yaranır.

Bu eşitmə itkisinin əsas xüsusiyyəti isə aşağı tezlikli səsləri (qalın və dərin səsləri) daha çox təsirləndirməsidir. Tutmalar adətən 2 saatdan 24 saata qədər davam edə bilər. Ən vacib əlamət isə odur ki, tutma keçdikdən sonra xəstənin bütün şikayətləri aradan qalxır.

Erdem bildirib ki, xəstəlik "dalğavari eşitmə itkisi" ilə müşahidə olunur.

Bu eşitmə itkisinin sonradan keçməsi müsbət haldır, lakin xəstəlik müalicə olunmazsa və tutmalar tez-tez təkrarlanarsa, toxumalarda qalıcı zədələr yarada bilər.

Onun sözlərinə görə, Meniere xəstəliyi daha çox gənc və orta yaşlı insanlarda rast gəlinir və uzunmüddətli müşahidə tələb edir. Bu xəstəlik müəyyən müddət sonra keçə bilər, lakin hər xəstədə gedişi fərqli olur.

Həddindən artıq çay və qəhvə istehlakından uzaq durmaq tövsiyə olunur. Paketlənmiş qidalarda olan çoxlu qatqı maddələri və "Çin duzu" da xəstəliyin tutmalarını artıra bilər. Bundan əlavə, müasir dövrün problemi sayılan stress də xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Erdem vurğulayıb ki, əsas məqsəd xəstədə tutmaların yaranmasının qarşısını almaqdır. Bunun üçün müxtəlif dərmanlar istifadə oluna bilər, lakin duzun azaldılması və həyat tərzinin dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xəstə mütləq həkim tərəfindən müalicə olunmalıdır.

Duz qəbulunun azaldılması vacib olsa da, kifayət qədər su içmək də çox önəmlidir.

Çünki xəstə az duz qəbul etsə belə, kifayət qədər maye qəbul etməzsə, duz daxili qulaqda yığıla bilər.(milli.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

End of content

No more pages to load

RADİO