Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Son günlər şimal bölgəsində hava şəraiti sabit keçir. Əvvəlki günlərlə müqayisədə temperatur təxminən 10-12 dərəcə yüksəlib.

Temperaturun bu cür artması dağlarda qarın əriməsinə səbəb olur. Bu isə öz növbəsində çaylarda sululuğun artması ilə nəticələnir.

Hazırda Qudyalçayın Quba şəhərindən keçən hissəsində saniyədə təxminən 2.5 kubmetr su axını qeydə alınır ki, bu da sel təhlükəsinin yarana biləcəyindən xəbər verir.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin süjetində bəhs edilir.

Təkcə Qudyalçayda deyil, digər dağ çaylarında da əvvəlki günlərlə müqayisədə sululuğun artdığı müşahidə olunur. Suyun bulanıq olması da dağlarda qarın intensiv əriməsinin göstəricisidir.

Bu vəziyyət, xüsusilə, çaykənarı yaşayış məntəqələri üçün müəyyən təhlükə yaradır. Qarşıdakı günlərdə çaylarda suyun səviyyəsinin daha da yüksələcəyi istisna edilmir.

Eyni zamanda, həftə sonuna doğru yağıntılı hava şəraiti proqnozlaşdırılır ki, bu da həm yağış, həm də qar əriməsi nəticəsində sululuğun artmasına səbəb ola bilər.

Mövcud təhlükənin qarşısını almaq məqsədilə rayonlarda su-meliorasiya sistemlərinin istismarı idarələrinin ağır texnikası çaylara cəlb olunub.

Hazırda sahilbərkitmə və məcranın tənzimlənməsi işləri aparılır. Bu tədbirlər suyun axınının daha çox çayın ortasına yönləndirilməsinə və sel riskinin azaldılmasına xidmət edir.

Bununla yanaşı, aidiyyəti dövlət qurumları əhaliyə, xüsusilə, çaykənarı ərazilərdə yaşayan vətəndaşlara ehtiyatlı olmağı və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

End of content

No more pages to load

RADİO