Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ad insanın kimliyidir. Lakin 2025-ci ildə iki mindən çox Azərbaycan vətəndaşı bu kimliyə yenidən baxmaq qərarı verib.

Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, ötən il ölkə üzrə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ya ata adının dəyişdirilməsi ilə bağlı akt qeydi tərtib olunub. Bu göstərici əvvəlki illə müqayisədə artım deməkdir və cəmiyyətdə fərdi identikliklə bağlı yanaşmaların dəyişdiyini göstərir. Belə ki, adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı 2023-cü ildə 2492, 2024-cü ildə isə 2667 akt qeydi tərtib edilib.

917 nəfər yalnız adını dəyişib

Statistik məlumatlar göstərir ki, 2025-ci ildə vətəndaşların ən çox üstünlük verdiyi dəyişiklik soyadla bağlı olub. Belə ki, 1383 nəfər soyadını dəyişmək üçün müvafiq qurumlara müraciət edib. Adını dəyişdirənlərin də sayı az deyil. Rəqəmlərə əsasən, 917 nəfər yalnız adını dəyişib. Ata adının dəyişdirilməsi isə cəmiyyətdə hələ də nadir hal olaraq qalır. Ötən il cəmi 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Bu fakt ata adının Azərbaycan cəmiyyətində ənənəvi və sabit identiklik elementi kimi qorunduğunu göstərir.

Maraqlıdır, görəsən, adını bəyənməyən vətəndaşlar onu hansı hüquqi əsaslarla dəyişə bilərlər və bu prosedur necə həyata keçirilir? Adın dəyişdirilməsi üçün müraciət zamanı vətəndaşdan hansı sənədlər tələb olunur və yaş məhdudiyyəti varmı? Adın dəyişdirilməsi prosesi orta hesabla nə qədər vaxt aparır və müraciətin icra müddəti qanunvericiliklə necə tənzimlənir?

Dəyişiklik yetkinlik yaşından sonra mümkündür

Hüquqşünas Ruslan Vəliyev bildirib ki, 18 yaşına çatmış Azərbaycan vətəndaşı ad, ata adı və soyadının dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir: "Bunun üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan vətəndaş tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir.

Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir".

Hansı hallarda imtina cavabı gələ bilər?

Ekspert deyib ki, ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq üç iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşa imtina cavabı gələ bilər:

"Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, xarici ölkədən deportasiya olunması ilə bağlı qərar olduqda şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir. Bu barədə beş iş günü müddətində ərizə verən şəxsə məlumat verilir. Vətəndaş qərarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir".

Tələb olunan sənədlər
 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə icazə 18 yaşına çatdıqdan sonra yol verilir:


"Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli əlavə edilir".

Qurumdan vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir:
 

"Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itibsə və ya onlarda hər hansı uyğunsuzluq varsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.


Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Polis şöbəsinin rəyindən asılı olaraq qeydiyyat orqanı adın, soyadın və ya ata adının dəyişdirilməsini qeydə alır, yaxud bundan imtina edir".

Proses 2-3 ay çəkə bilər

Nazirlikdən qeyd edilib ki, adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Bununla belə, bu müddət (şəxsin vətəndaşlıq vəziyyəti aktları xarici ölkədə qeydə alınmadığı halda) təxminən 2-3 ay davam edir. Adın, soyadın və ata adının dəyişdirilməsi qeydə alındıqdan sonra isə onun barəsində tərtib edilmiş akt qeydlərinə dəyişiklik edilir və ona yeni şəhadətnamələr təqdim olunur. Bundan sonra vətəndaş şəxsiyyətini təsdiq edən sənədin dəyişdirilməsi üçün daxili işlər orqanlarına müraciət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Xankəndi Ultramarafonuna start verilir

Xankəndi Ultramarafonuna start verilir

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

End of content

No more pages to load

RADİO