Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Cəbrayıl və Zəngilan rayonlarında Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib.

Bizim.Media xəbər verir ki, festival və yarmarka Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Məmmədbəyli kəndində baş tutan festival çərçivəsində kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən olan fermerlər üçün satış, investorlar üçün tanışlıq imkanı yaradılıb.

Ağalı kənd parkında hər iki kəndin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin incəsənət xadimlərinin ifasında bədii-əyləncəli proqram təşkil olunub.
 

Uşaqlar üçün xüsusi zonada interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.
Tədbirin qonaqları sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin, bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.


Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar vədigər folklor nümayəndələrinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.

Analoji tədbir Cəbrayıl rayonunun yenidən qurulan Horovlu kəndində də keçirilib.
Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub.

Festival çərçivəsində Novruz bayramının personajları, musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub.

Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib.

Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub.

Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Tədbir sonda sakinlərin də iştirak etdiyi “Yallı” rəqsi ilə yekunlaşıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Xankəndi Ultramarafonuna start verilir

Xankəndi Ultramarafonuna start verilir

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

End of content

No more pages to load

RADİO