Hacıbala Abutalıbov Bakıya QAYITDI

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, sabiq mer dünən Bakıda görünüb.
 

Saytımızı məlumatlandıran mənbə Hacıbala Abutalıbovun Bakıya daimi deyil, müvəqqəti gəldiyini bildirib. Onu Bakının Qaraçuxur qəsəbəsindəki evinin həndəvərində görüblər. Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə - sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.


Əməkdaşımız sabiq merlə əlaqə saxlayaraq, ondan Bakıya gəlişinin səbəbini dəqiqləşdirməyə çalışsa da, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.
 

Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov bir müddət öncə Modern.az-a açıqlamasında demişdi ki, Hacıbala müəllim kənd arasına çıxmır, vaxtını əsasən Ağçayda yerləşən villasının həyətində keçirir.


Hacıbala Abutalıbovun iki oğlu var və onların ayrı yaşadığı bildirilir.

H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
 

Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin müavini təyin edilib.


21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib.

2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb. O, hazırda YAP-ın Veteranlar Şurasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi Ultramarafonuna start verilir

Xankəndi Ultramarafonuna start verilir

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

Versaçe yeni brend YARADIR

Versaçe yeni brend YARADIR

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Azərbaycan və Böyük Britaniya arasında TƏHSİL ƏMƏKDAŞLIĞI genişləndirilir- FOTO

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

End of content

No more pages to load

RADİO