Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər “misli ilə” ödənişlərdən ibarət olurdu.
 

Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.


Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə biraylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.
 

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib.


Yaxud Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub.

Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.
 

Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu.


Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.

Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə “iş yeri” deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

Sağlamlıq probleminə çevrilən “gözəllik” prosedurları – Kosmetoloji mərkəzlərə necə nəzarət edilir? – ARAŞDIRMA

Sağlamlıq probleminə çevrilən “gözəllik” prosedurları – Kosmetoloji mərkəzlərə necə nəzarət edilir? – ARAŞDIRMA

Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTO

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO/VİDEO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO/VİDEO

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

End of content

No more pages to load

RADİO