Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb...

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.

Bizim.Media xəbər verir ki, həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb.

Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib. 
 

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başlanıb. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.


Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.
 

Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları ilə birgə noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.


Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

"İmişli" məşqçisi ilə yollarını ayırdı

"İmişli" məşqçisi ilə yollarını ayırdı

Xəstəliklər əvvəlcədən proqnozlaşdırılacaq - Zukerberqdən SENSASİON LAYİHƏ

Xəstəliklər əvvəlcədən proqnozlaşdırılacaq - Zukerberqdən SENSASİON LAYİHƏ

Kiyevdə tramvay və trolleybusların hərəkəti DAYANDIRILDI - VİDEO

Kiyevdə tramvay və trolleybusların hərəkəti DAYANDIRILDI - VİDEO

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO

Dövlət başçıları Türkmənistanda konsert proqramında - VİDEO

Dövlət başçıları Türkmənistanda konsert proqramında - VİDEO

Rubio: “Rusiya-Ukrayna müharibəsi NATO ölkələrinə zərbələrə səbəb ola bilər”

Rubio: “Rusiya-Ukrayna müharibəsi NATO ölkələrinə zərbələrə səbəb ola bilər”

Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlıq müzakirə olundu - FOTO

Türkmənistanda dövlət başçıları mədəni tədbirlərdə - VİDEO

Türkmənistanda dövlət başçıları mədəni tədbirlərdə - VİDEO

Murad Fətiyev bürünc medal QAZANDI

Murad Fətiyev bürünc medal QAZANDI

Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü

Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü

Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI

Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

End of content

No more pages to load

RADİO