Bakıda qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə RƏSMİ XƏBƏRDARLIQ

Bakıda bəzi parklanma məntəqələrində sürücülərdən qanunsuz şəkildə ödəniş tələb olunması halları ilə bağlı müraciətlər daxil olmaqdadır. Məsələ ilə əlaqədar vətəndaşların düzgün məlumatlandırılması və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə “AzParking” ictimaiyyətə rəsmi açıqlama verib.

Bizim.Media xəbər verir ki, paytaxt ərazisində ödənişli parklanma həftənin altı günü — bazar ertəsindən şənbə gününədək saat 07:00-dan 22:00-dək qüvvədədir. Bu müddət ərzində sürücülər nəqliyyat vasitəsini parklanma məntəqəsində saxladıqdan dərhal sonra parklanma vaxtını aktiv etməlidirlər.

Saat 22:00-dan səhər 07:00-dək və həftənin bazar günü parklanma tamamilə ödənişsizdir. Xüsusilə bazar günləri vaxt açmaq üçün mobil tətbiqdən və ya SMS-dən istifadə etməyə ehtiyac yoxdur. Qeyd olunan zaman intervalında sürücülərdən hər hansı ödəniş tələb olunması da qanunsuzdur.

Parklanma ödənişləri rəsmi rəqəmsal kanallar vasitəsilə —AzParking mobil tətbiqi və SMS xidməti üzərindən həyata keçirilir. Sistem vasitəsilə edilən ödənişlər avtomatik olaraq qeydə alınır və sürücüyə bildiriş göndərilir.

Son dövrlərdə bəzi şəxslərin ödənişsiz vaxtlarda və ya ümumilikdə rəsmi sistemdən kənar şəkildə sürücülərə yaxınlaşaraq pul tələb etməsi halları da müşahidə edilməkdədir. Bu şəxslər rəsmi parklanma sisteminin əməkdaşları deyil və onların fəaliyyəti qanunsuz xarakter daşıyır.

Bir daha diqqətə çatdırırıq ki, rəsmi sistemdən kənar hər hansı ödəniş tələbi qanuni əsas daşımır. Sürücülərdən xahiş olunur ki, naməlum şəxslərə nağd vəsait təqdim etməsinlər, bu kimi hallarla qarşılaşdıqda diqqətli olsunlar və 902 nömrəsinə məlumat versinlər.
 

Şəhər ərazisində parklanmanın vahid və şəffaf sistem əsasında idarə olunması nəqliyyat axınının tənzimlənməsi, ictimai qaydanın qorunması və bütün sürücülər üçün bərabər şəraitin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyri-qanuni ödəniş halları həm vətəndaşların maddi maraqlarına zərər vurur, həm də sistemin effektivliyinə mənfi təsir göstərir.


Vətəndaşların düzgün məlumatlandırılması məqsədilə bir daha əsas qaydalar xatırladılır:

• Ödənişli saatlar: 07:00 – 22:00 (bazar ertəsi – şənbə)

• Ödənişsiz vaxt: 22:00 – 07:00 və bazar günləri (vaxt açmağa ehtiyac yoxdur)

• Ödəniş üsulu: rəsmi rəqəmsal kanallar (AzParking mobil tətbiqi və 1181 SMS xidməti).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

End of content

No more pages to load

RADİO