Xanabad kəndinə İLK KÖÇ: 154 nəfər qayıtdı – FOTO/VİDEO

Fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

Bildirilib ki, kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb.

Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub.

Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonları üzrə Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdırlar.

Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ

Ucarda zəncirvari QƏZA – Xəsarət alanlar var – VİDEO

Medvedev NATO ilə bağlı deyilənlərə nöqtə qoydu: «Biz barışa bilmərik»

Özü ilə evlənən qadın bir gün sonra boşandı: Dözə bilmirəm...

Hansı ölkədə neçə saat oruc tutulur? – SİYAHI

“Amnesty İnternational”ın selektiv ədalət SİNDROMU - Vardanyan faktoru və İKİLİ STANDARTLAR

İran vətəndaşı ilə əlbir olanlar TUTULDU – VİDEO

Niyam səhnədə tamaşaçıya ƏSƏBİLƏŞDİ: “Sizi öldürərəm!” - VİDEO

Nəşi 33 il sonra tapılan Şahin Kərimov torpağa tapşırıldı - FOTO

İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU

Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salındı

Ali Məhkəməyə daxil olan işlərin sayında KƏSKİN ARTIM

Rusiya bütün sərhədləri AŞDI – Prezident ailəsinə qarşı qarayaxma planı ilə bağlı SENSASİON DETALLAR

“Qarabağ”a 4 qol vuran futbolçuya 2 klub “elçi” düşüb

"Mənim corabımın qiyməti sənin maaşından ÇOXDUR"

Sosial şəbəkələrdə narkotik satanlar saxlanıldı – VİDEO

Belarus səfiri Ağdama getdi - Qarabağda birgə layihələr müzakirə edildi

Nazir beş nəfərə yüksək vəzifə verdi - ADLAR - FOTO

Maşınların “dərdi”ni bilən USTA XANIMLAR - Azərbaycanda qadınlardan ibarət təmir servis xidməti yaradılır? – VİDEO

Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO

ABŞ və İsrail İrana qarşı “sərt zərbələr”ə hazırlaşır: SEPAH qərargahı hədəfdədir

Baş nazir vətəndaşları İranı dərhal tərk etməyə ÇAĞIRIDI

Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

End of content

No more pages to load

RADİO