“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin rifahının yüksəldilməsi, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və regionların balanslı inkişafının təmin edilməsi məqsədilə ardıcıl və sistemli addımlar atılır. 

Dövlətin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrində həyata keçirdiyi siyasət, ictimai əhəmiyyətli məsələlər vətəndaş cəmiyyəti institutları tərəfindən dəstəklənir. Onlar müxtəlif istiqamətlərdə layihələrin icrasında fəal tərəfdaş kimi çıxış edirlər.


10 il öncə bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) də başlıca məqsədi ölkəmizin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərməkdir. 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqlarını daim əldə rəhbər tutan RİİB ilk günlərdən dövlət qurumları, beynəlxalq təşkilatlar, şirkətlər və QHT-lərlə sıx əməkdaşlıq edirlər. 

RİİB fəaliyyəti dövründə ölkəmizdə təhsilin inkişafı, həssas kateqoriyadan olan uşaqların təhsil almaq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının qorunması, təbiətin və ətraf mühitin mühafizəsi, əhalinin ekoloji maarifləndirilməsi, yeniyetmələr və  gənclər arasında sağlam həyat tərzinin təbliği, regionlarda turizmin inkişafı, ölkəmizdə startap hərəkatının genişləndirilməsi, gənclərin mədəniyyətə və incəsənətə marağının artırılması və digər istiqamətlərdə 300-dən çox irimiqyaslı layihə, 5000-dən çox tədbir və aksiya reallaşdırıb.

10 il ərzində RİİB tərəfindən ictimai nəzarətin gücləndirilməsi, dövlət və vətəndaş arasında münasibətlərin, qarşılıqlı etimadın yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müxtəlif mənbələrdən daxil olmuş 20 mindən çox müxtəlif məzmunlu müraciətin icrası aidiyyəti dövlət qurumları ilə dialoq və konstruktiv əməkdaşlıq qurulmaqla təmin edilib.

Respublikanın bütün regionlarından hər il RİİB könüllülük hərəkatına minlərlə gənc qoşulur.

Könüllülər qurumlar və vətəndaşlar arasında konstruktiv əməkdaşlıq modelinin inkişafı,  ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin ictimai, sosial və mədəni həyatını əhatə edən mühüm layihələrin və təşəbbüslərin reallaşdırılmasında aktiv fəaliyyət göstərirlər.

Şanlı Qələbə qazandığımız 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımıza köməkliyin göstərilməsi, erməni vandalizminin ifşası və düşmən dezinformasiyalarına qarşı mübarizənin aparılması, cəbhə bölgəsində fəaliyyət göstərən tibb müəssisələrinin, hospitalların, hərbi hissələrin, təxliyyə olunaraq sığınacaqlarda müvəqqəti məskunlaşmış vətəndaşların ehtiyaclarının təmin edilməsi, düşmənin raket hücumları nəticəsində həlak olmuş mülki ailələrə ərzaq yardımlarının çatdırılması, Laçın-Xankəndi yolunda 138 gün davam edən dinc ekoloji aksiyanın idarə olunması, Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, Hərbi Qənimətlər Parkı və Zəfər Muzeyində ziyarətçilərə ekspozisiyalar barədə məlumatların verilməsi kimi təşəbbüslərdə RİİB əməkdaşları və könüllüləri fəallıqları ilə seçiliblər.

Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafonların və müxtəlif festivalların (Üzüm və Şərab Festivalları, Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və s.), Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən avtomobil yarışları və sərgilərin təşkilati işləri, 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş sakinlərin müraciətlərini həllinə dəstəyin göstərilməsi, eləcə də 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım kampaniyasının idarə olunması və digər bu kimi təşəbbüslərdə də RİİB əməkdaşları və könüllüləri aktiv iştirakları ilə fərqləniblər.

Humanizm, vətənpərvərlik, mili və mənəvi dəyərlərə sadiqlik, sosial məsuliyyət dəyərlərini daim rəhbər tutan “Regional İnkişaf” İctimai Birliyinin hər bir əməkdaşı və könüllüsü ötən dövrdə topladığı təcrübə və həyata keçirdiyi uğurlu layihələr və təşəbbüslərlə ölkəmizin davamlı inkişafı və tərəqqisi naminə çoxşaxəli fəaliyyətini uğurla davam etdirmək əzmindədir.
















Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

End of content

No more pages to load

RADİO