DİN-dən ÇAĞIRIŞ: “Heç bir qadın döyülməyə, təhqir olunmağa məhkum deyil!” – VİDEO

Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, DİN tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir:

"Məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır. Zorakılığa məruz qalan hər bir qadın “Ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. İlk baxışdan bu, şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhlükədir.
 

Qeyd olunmalıdır ki, “ailə məsələsi” pərdəsi arxasında gizlənən zorakılıq bir qadının alın yazı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır.


Məlumatda qeyd edilib ki, digər qurumlarla yanaşı DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir:

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur. Şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

End of content

No more pages to load

RADİO