8 yaşınadək uşaqları olanların nəzərinə

Uşaqların baxdıqları seriallar, izlədikləri cizgi filmləri və oynadıqları oyunlar onların dünyagörüşünə, davranışına və emosional inkişafına birbaşa təsir göstərə bilər. Bu amillər uşaqların psixoloji formalaşmasında mühüm rol oynayır.

Bəs bu cür təsirlər hansı yaşadək özünü göstərə bilər? Uşağın izlədiyi məzmunun ona mənfi təsir etdiyini valideyn hansı əlamətlərdən anlaya bilər?

Bizim.Media xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında bildirib ki, bir insanın şəxsiyyətinin formalaşma dövrü təxminən səkkiz yaşına qədər davam edir. Bu yaşdan sonra isə artıq korreksiya mərhələsi başlayır - həm uşağın özü-özünü, həm də ətraf mühitin onu korreksiya etməsi prosesi gedir:

“Biz uşaqlarımızı nə vaxt ekran qarşısına qoyuruq? Nağıl terapiyası deyilən bir anlayış var. Uşaqlara həmişə nağıllar danışılıb. Hətta laylalarımızın belə tərkibində təlqin mövcuddur - “tez böyü”, “igid böyü”, yaxud “gözəl böyü”. Adi əzizləmələrimizdə də övladlarımıza ünvanlanan təlqinlər təhtəlşüura təsir edir. 

İndi bunu nağıllarımıza yansıdaq. 

Uşaqlar üçün hazırlanmış xırda və böyük həcmli nağılların hamısında təlqin var - yaxşını-pisi ayırd etmək, müsbət və mənfi obrazları tanımaq, dostluq münasibətləri necə olmalıdır, valideynlərə münasibət necə qurulmalıdır, ictimai etika nədir, cəmiyyətdə özünü necə aparmaq lazımdır, doğru insan hansı keyfiyyətlərə sahib olmalıdır – bütün bunlar nağıllarda obrazların timsalında uşağın təhtəlşüuruna yeridilir. 

Diqqət etsəniz, demək olar ki, bütün nağıllarda bu mövzulara toxunulur. Şifahi xalq nağılları zamanla filmə, cizgi filmlərinə çevrilib. Bu da təsiri daha da gücləndirir. Çünki obrazlı, vizual və hərəkətli formada təqdim olunan material uşağın təhtəlşüuruna daha yaxşı hopur və yadda daha uzun müddət qalır. Məhz buna görə də hər bir nağılın, hər bir kiçik və ya böyük hekayənin, hətta hər bir sözün uşağın təhtəlşüurunda, dünyagörüşündə və xarakterinin formalaşmasında çox böyük rolu var. 

Bu təsir yalnız davranışla məhdudlaşmır; uşağın nitqinə, həyatı qavrama tərzinə, akademik dəyərlərinə və düşüncə sisteminə qədər uzanır. Desək ki, bu sahələrdə əsas rolları oynayır, yanılmarıq.

Nağıllar valideyn–uşaq münasibətlərinin tənzimlənməsində də mühüm rol oynayır. Məsələn, nağılda dovşanın anasına qarşı düzgün davranmaması vurğulanır, sonra onun utandığı göstərilir. “Bu düzgün olmadı”, “ayıb idi”, “utandı” kimi mesajlar uşağa obrazların mimikası və davranışı vasitəsilə ötürülür. Uşaq üzülməyi, sevinməyi, hirsi, kədəri də məhz cizgi filmləri və nağıllar vasitəsilə öyrənə bilir”.

F.Mehmanqızı valideynlərə tövsiyə edib ki, uşaqlar cizgi filminə baxarkən onlarla birlikdə baxsınlar:

“Məqsəd odur ki, oradakı müsbət və mənfi obrazlar düzgün mənimsənilsin. Hər bir ailənin öz dəyərləri, öz xarakteri var. Necə ki, insanların xarakteri fərqlidir, ailələrin də həyata baxışı və yaşam tərzi müxtəlifdir. Valideyn baxmalıdır ki, həmin cizgi filmi onun ailə dəyərlərinə, yetişdirmək istədiyi övladın xarakterinə uyğundurmu? 

Valideyn özü cizgi filmini analiz etməlidir. Əgər görürsə ki, hər şey qaydasındadır, nitqdə problem yoxdur, uşaq eşitdiyini qavraya və ifadə edə bilir, o zaman uşaqlarla birlikdə həmin cizgi filmini müzakirə etmək lazımdır. Məsələn, “Bax, aslan balası burada düzgün davranmadı”, “Görürsən, necə utandı?”, yaxud “Fil nə qədər qəhrəmandır, necə düzgün addım atdı”. Uşağa cizgi filmini analiz etməyi öyrətmək vacibdir”.

Psixoloq eyni yanaşmanın oyunlara da aid olduğunu deyib. Onun sözlərinə görə, uşaq oyun zamanı öz xarakterini ortaya qoyur:

“Xüsusilə yarışma oyunlarında uşağa həm udmağı, həm də uduzmağı öyrətmək lazımdır. Çünki uşaq hisslərini uşaqlıqdan tanımalı, qəbul etməli və idarə etməyi bacarmalıdır. Daim qalibiyyətə meyl edən uşaq eqoist ola bilər. O, uduzanda da özünü necə aparacağını, emosiyalarını necə cilovlayacağını öyrənməlidir. Bu səbəbdən nağıl terapiyası, oyunlar və cizgi filmi qəhrəmanları valideynin ailə dəyərlərinə və yetişdirmək istədiyi övladın xarakterinə uyğun seçilməlidir”.

Bəs cizgi filmlərinin uşağa mənfi təsir etdiyini necə anlaya bilərik?

Mütəxəssis qeyd edib ki, əgər uşağın nitqində problem varsa, ilk olaraq loqopedə müraciət etməzdən əvvəl onun hansı cizgi filmlərinə baxdığını analiz etmək lazımdır:

“Oradakı obrazların nitqi necədir? Tez-tez danışırlarmı? Aydın danışırlarmı, yoxsa ağız tənbəlliyi ilə, sadə və məhdud sözlərləmi danışırlar? Dialoqlar uşağın yaşına uyğundurmu və uşaq eşitdiklərini ifadə edə bilirmi? Bu məqamlara diqqət yetirilməlidir. Eyni zamanda, cizgi filmlərində təqdim olunan davranışların ailə dəyərlərinə zidd olub-olmaması da qiymətləndirilməlidir. Valideyn əvvəlcə özü baxmalı, sonra uşağı ilə birlikdə izləməli və gördüklərini izah etməlidir. “Uşaq baxır, kifayətdir” yanaşması düzgün deyil. İzah və müzakirə olduqda mesaj uşağın təhtəlşüuruna daha sağlam şəkildə hopur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada 39 yaşlı kişi güllələndi – FOTO

Zaqatalada 39 yaşlı kişi güllələndi – FOTO

Hərbi Prokurorluq Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib – FOTO

Hərbi Prokurorluq Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib – FOTO

3 ay əvvəl həbsxanadan çıxmışdı... – Qətl törətdiyi üçün yenidən HƏBS OLUNDU – VİDEO

3 ay əvvəl həbsxanadan çıxmışdı... – Qətl törətdiyi üçün yenidən HƏBS OLUNDU – VİDEO

Bakı sakinlərinə şad xəbər – 22 il sonra ilk yaşanır

Bakı sakinlərinə şad xəbər – 22 il sonra ilk yaşanır

II Dünya Müharibəsindəki qələbədə Azərbaycanın misilsiz rolu –ARAŞDIRMA

II Dünya Müharibəsindəki qələbədə Azərbaycanın misilsiz rolu –ARAŞDIRMA

300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı

300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı

İnfarktın qarşısını almaq üçün vacib qaydalar

İnfarktın qarşısını almaq üçün vacib qaydalar

Trampdan İrana XƏBƏRDARLIQ – “Əməliyyat bərpa oluna bilər”

Trampdan İrana XƏBƏRDARLIQ – “Əməliyyat bərpa oluna bilər”

Yenə yağış yağacaq...

Yenə yağış yağacaq...

Sosial ödəniş alanların nəzərinə

Sosial ödəniş alanların nəzərinə

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi — Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi — Sərvət dəyərindədir

Mehriban Əliyeva: “Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edirəm” – FOTO

Mehriban Əliyeva: “Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edirəm” – FOTO

BİZİM TƏQVİM:Mayın 9-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 9-da baş vermiş tarixi hadisələr

Yuyulanda ZƏHƏRƏ çevrilən qidalar

Yuyulanda ZƏHƏRƏ çevrilən qidalar

Bakıda tikinti şirkəti eyni mənzili bir neçə nəfərə satıb? -Cinayət işi açıldı - VİDEO

Bakıda tikinti şirkəti eyni mənzili bir neçə nəfərə satıb? -Cinayət işi açıldı - VİDEO

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

End of content

No more pages to load

RADİO