bp və TLM yeni layihə təqdim etdi: “Parlaq rənglərin işığında” – FOTOLAR

bp şirkətinin dəstəyi və Təşəbbüslər və Layihələr Mərkəzinin təşkilatçılığı hazırlanmış “Mirzə Qədim İrəvani. Parlaq rənglərin işığında” kitabının təqdimat mərasimi keçirilib. Görkəmli Azərbaycan rəssamı, Azərbaycan dəzgah boyakarlığının və realist rəssamlığın banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş bu nəşrin təqdimatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının bir ilinin tamam olmasına təsadüf etdi.

Təqdimat mərasimində bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı və Qərbi Azərbaycan İcması Aparatının rəhbəri, sənətşünas alim Qalib Qasımov çıxış ediblər.
 

Çıxışlarda Mirzə Qədim İrəvaninin Azərbaycan mədəniyyət tarixində tutduğu müstəsna yer, Qərbi Azərbaycan irsinin elmi əsaslarla təqdim olunmasının əhəmiyyəti və bu qəbildən olan nəşrlərin milli-mədəni yaddaşın qorunmasında oynadığı rol qeyd olunub.


Kitab Mirzə Qədim İrəvaninin həyat yolu, yaradıcılığı, onu formalaşdıran tarixi-mədəni mühit, əsərləri və bu əsərlər haqqında indiyədək aparılmış elmi tədqiqatları əhatə edir. Nəşrdə rəssam haqqında dərc olunmuş araşdırmalar və məqalələr təhlil edilib, mövcud məlumatlar və elmi qənaətlər ümumiləşdirilib. Təhlillər əsərlərin və onların fraqmentlərinin təqdimatı ilə müşayiət olunur ki, bu da mühüm bədii və üslubi detalların oxucuya daha aydın çatdırılmasına imkan yaradır. Kitabda ilk dəfə olaraq rəssamın bizə məlum olan əsərləri müxtəlif variantları ilə birlikdə sistemli şəkildə bir araya gətirilib, eyni zamanda deportasiyalar nəticəsində itirilmiş və ya başqa adlarla dünya muzeylərinə və şəxsi kolleksiyalara düşmüş əsərlər barədə məlumatlar elmi əsaslarla araşdırılıb.
 
Nəşrdə mətnlər, müsahibələr və tədqiqat materialları QR-kodlar vasitəsilə zənginləşdirilib, oxucular üçün əlavə vizual və multimedia məzmun təqdim olunub.

Kitab geniş oxuc u auditoriyası, tədqiqatçılar və sənətsevərlər üçün etibarlı elmi və mədəni mənbə kimi nəzərdə tutulub.
 
Nərgiz Cabbarlının müəllifliyi və baş redaktorluğu ilə ərsəyə gələn kitabın hazırlanmasında Şamxal Əbilov məsləhətçi, Aliyə Səfərova və İlahə Azməmmədova koordinator, Sevil İsmayılova və Rafiq Kazımov buraxılışa məsul, Yeganə Rüstəmova və Elçin Aşurov dizayner, Murad Zeynal İrəvani portretinin müəllifi, Gültəkin Cəfərova və Qurban Cəbrayıl redaktor, Arzu Quluzadə və Nəzrin Hüseynova korrektor, Sevinc Yusifova texniki redaktor, Allahverdi Kərimov texniki direktor, Kəmalə Quluzadə, Alagöz Quliyeva və Toğrul Rəhimli isə texniki heyətin üzvləri qismində iştirak ediblər. Layihənin rəhbəri Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlıdır.
 









































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

End of content

No more pages to load

RADİO