Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.

Fərhad Bədəlbəyli deyib: “Qış nağılı” Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb.

Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi”.

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert proqramı təqdim olunub.

Simfonik Orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas kollektivlərindən biridir. Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışıblar. Orkestrin dirijor pultu arxasında müxtəlif dövrlərdə Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal və Rauf Abdullayevlər kimi məşhur dirijorlar dayanıb. Hazırda Simfonik Orkestrdə 124 musiqiçi çalışır. Onlar violin, viola, violençel, kontrabas, arfa kimi simli, həmçinin piano, zərb və sair alətlərdə ifa edirlər.

Avropa musiqi alətləri ilə yanaşı, orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Bu gün simfonik orkestrdə fəxri adlar daşıyan çox sayda professional ifaçı çalışır.

Təcrübəli musiqiçilərlə yanaşı, orkestrdə gənclərə də böyük əhəmiyyət verilir. Hər il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və Akademiyanın məzunları içərisindən ən perspektivli, bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə orkestrə qəbul edilir və burada ustad musiqiçilərdən ifaçılığın sirlərini öyrənirlər.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A.Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”, M.Mirzəyevin “Azərbaycan rəqsi” ifa olunub.

Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqisi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyə biləcəklər.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

Ağıllı eynəkləri qadağan edirlər

Ağıllı eynəkləri qadağan edirlər

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

End of content

No more pages to load

RADİO