Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döydü

Bakının Xətai rayonunda 54 yaşlı kişi ona narkotik almaq üçün pul verməyən anasına şiddət göstərib.

Bizim.Media xəbər verir ki, hadisə 2024-cü il iyulun 27-də Zirə qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Sahib yaşadığı evdə anası Fatimə ilə (adlar şərti verilib) ona pul verməkdən imtina etməsi səbəbi ilə mübahisə edib. Mübahisə zamanı 54 yaşlı oğul anasını döyüb. Yaşlı qadını divanın üstünə atıb, başını divara çırpıb. Boğazından yapışaraq əli ilə baş və sifət nahiyələrinə zərbələr vurub.

Sahib Xəzər Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərərvurma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur:

"Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyiləm. Psixoloji durumum normaldır. Uzun müddətdir narkotik vasitələrdən istifadə edirəm, aludəçiyəm. Yaşadığım ünvandan aşkar olunmuş narkotik vasitə mənə məxsus deyil. Baxışda iştirak edən anam da yalandan bildirib ki, guya evdən aşkar olunmuş narkotik vasitə mənə məxsusdur".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 27-də saat 22:30-da yaşadığı evdə olub:

"Anamla aramızda mübahisə baş verdi. Əsəbiləşərək anamın qollarından tutaraq onu qonaq otağında olan divanın üzərinə atdım. Anam qonşuluqda yaşayan dayımgilə getdi. Mən də arxasınca getdim ki, barışıb onu yaşadığımız evə gətirim.

Tüfeyli həyat tərzi keçirdiyim üçün anamın məndən zəhləsi gedir. Hadisə günü anamdan pul tələb etməmişəm. Həmin zaman çox əsəbi olmuşam, baş verənləri xatırlamıram".

İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, oğlu Sahib dəfələrə məhkum olunub:

"Narkotik vasitələrin istifadəçisidir. Hadisə günü saat 22:30-da Sahiblə evdəydik, məndən pul istədi, pulumun olmadığını dedim. O, israrla pul istəyirdi. Mən də pulumun olmadığını söyləyirdim. Sonra məni öldürəcəyi ilə hədələdi. Aramızda mübahisə baş verdi. Əli ilə sinəmdən itələdi, yerə yıxıldım.

Sonra əli ilə yaxamdan tutaraq qaldırdı, divanın üstünə atdı. Başım divara dəydi. Boğazımdan tutaraq boğmağa başladı. Gözümə, qulağıma şillə vurdu. Ondan məni buraxmasını istədim. Halım pisləşdi. Özümdə güc toplayaraq onun aşağı nahiyəsinə təpiklə vurdum və əlindən çıxaraq qardaşımgilə getdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təyin edilmiş cəzadan narazı olduğunu bildirib və ona köməklik göstərilməsini xahiş edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət istəyib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir. O, anası ilə barışmadığını, ancaq bu maddə ilə ona aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

End of content

No more pages to load

RADİO