Tofiq Zülfüqarov: “Separatçılar Bakıda çay içməyi xəyal edirdilər, indi onlara qəhvə də verərlər”

Diplomat, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıda fevralın 5-də bir qrup erməni separatçıya ömürlük həbs və uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarının verilməsini şərh edərkən bildirib ki, Azərbaycan xarici oyunçuların erməni separatçıların azadlığa buraxılmasına yönələn cəhdlərinə hazır olmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə o, minval.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, hökm bu şəxslərin törətdikləri bütün cinayətlərə görə cəzalandırıldıqlarını göstərir:

“Bu hökmün ikinci, mənim üçün vacib olan tərəfi ondan ibarətdir ki, münaqişənin davam etdirilməsi ideyası öz əhəmiyyətini itirir. Bu, uzun illər ərzində həm Azərbaycana, həm də Ermənistanın özünə qarşı istifadə olunan siyasi bir layihə idi. Bu insanlar “Miatsum” layihəsinin simvollarına, onun əsas elementlərinə çevrilmişdilər”, – deyə ekspert qeyd edib.

Zülfüqarov diqqətə çatdırıb ki, hazırda Fransa kimi bəzi xarici oyunçular tərəfindən erməni cinayətkarlarının azadlığa buraxılması tələbləri irəli sürülür:

“Məsələ ondadır ki, onlar bu gün münaqişə layihəsini bu və ya digər formada davam etdirmək üçün lazımdırlar. Elə buna görə də biz Fransanı misal çəkəndə görürük ki, onların xeyrinə müəyyən qərarlar qəbul olunur”.

Sabiq XİN başçısı vurğulayıb ki, hökm çıxarıldıqdan sonra onların azad edilməsi üçün cəhdlər artacaq:

“Biz buna hazır olmalıyıq və anlamalıyıq ki, onların azad edilməsi ilk növbədə münaqişə gündəmini davam etdirmək istəyən oyunçuların öz maraqları üçün həll etmək istədikləri bir məsələdir”.

Erməni tərəfinin hökmlərə reaksiyasından danışan Zülfüqarov bildirib ki, Paşinyan administrasiyası ədalətdən yayına bilmiş qondarma “Qarabağ liderləri”nin fəaliyyətini
məhdudlaşdırır:


“Məlumdur ki, onlar Ermənistanda hansısa ofis yaradıblar. Məsələn, Şahramanyan “Qondarma DQR-in ləğvi” barədə qərarını geri götürdüyünü deyir, özünü siyasi səhnədə saxlamağa çalışır. Amma onun nüfuzu çox aşağıdır və hər hansı fəaliyyəti davam etdirmək üçün yararlı deyil”.

Onun sözlərinə görə, xarici qüvvələr regiona təsir göstərmək məqsədilə münaqişəni davam etdirmək ümidlərini hələ də saxlayırlar:

“Ermənistanda da bəzi oyunçular xarici qüvvələrin maraqları naminə buna hazırdırlar. Bu baxımdan əminəm ki, Ermənistan hakimiyyəti bu şəxslərin azadlığa buraxılmasından məmnun olmazdı. Çünki faktiki olaraq onlar Ermənistan daxilində “beşinci kolon”a çevrilə bilərlər. Xüsusilə də Ermənistan seçkiləri ərəfəsində”.

Zülfüqarov əmindir ki, məhkum edilmiş separatçılar Ermənistana “qətiyyən lazım deyil”:
“Bəzən siyasi spekulyasiyalar baxımından onların azad olunması barədə danışa bilərlər, amma onların Ermənistanın siyasi meydanında peyda olmasını istəmirlər”.

Ekspert əlavə edib ki, bu məhbuslar Rusiya və Avropa, xüsusən də Fransa kimi xarici qüvvələrin əlində alətə çevrilə, münaqişənin davam etdirilməsi və Türkiyə, Azərbaycan üzərində təsir vasitəsi ola bilərlər.

“Hamıya aydındır ki, bu siyasi planların arxasında nə dayanır. Düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan üçün ən yaxşısı bu insanların həbsdə qalmasıdır.

Axı onlar Bakıda çay içməyi xəyal edirdilər – qoy içsinlər. Bəlkə onlara qəhvə də verərlər…”, – deyə Zülfüqarov ironiya ilə bildirib.

Bununla belə, o, bu şəxsləri separatizmin simvoluna çevirmək istəyən qüvvələrin şanslarının son dərəcə az olduğunu vurğulayıb:

“Onlar həm də çox mühüm məlumatların daşıyıcılarıdır, o cümlədən həmin xarici oyunçuların özləri barəsində. Bunu başa düşmək lazımdır. Biz isə hər zaman vəziyyəti nəzarətdə saxlayacağıq. Nə vaxt lazım olsa, onların ifadələri bu gün “quzu dərisi” geyinməyə çalışanların əsl məqsədlərini üzə çıxaracaq”.

“Hamıya hər şey məlumdur və burada qeyri-adi heç nə yoxdur. Onların Azərbaycana qarşı istifadə olunması təhlükəsini nəzərə alaraq, hesab edirəm ki, onlara münasibətdə heç bir yumşalma, əlbəttə ki, olmayacaq”, – deyə Tofiq Zülfüqarov fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

End of content

No more pages to load

RADİO