Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Məktəb təkcə bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, sosial davranışların inkişaf etdiyi mühitdir. Bu prosesdə müəllimlərin rolu nə qədər böyükdürsə, valideynlərin məsuliyyəti də bir o qədər əhəmiyyətlidir. 

Yalnız valideyn-müəllim tandemi hesabına layiqli vətəndaş, savadlı şəxsiyyət yetişir. Təsadüfi deyil ki, bir zamanlar orta məktəbi bitirənlərə “Kamil attestat”ı verilirdi. Amma indi isə sadəcə attestat verilir. Bu vəziyyətdə belə bir sual ortaya çıxır:

Məktəbin işi tərbiyə yox, yalnız tədris verməkdir?

Təəssüf ki, bəzi valideynlər də məktəbi yalnız təhsil verən qurum kimi görür. Uşağın tərbiyə və ictimai davranış məsuliyyəti isə özbaşına buraxılır. 

Sağlam və uğurlu təhsil mühiti valideyn–məktəb əməkdaşlığı olmadan mümkün deyil. Amman bu gün bəzi valideynlər övladının tərbiyəsi, davranışı ilə bağlı məktəb kollektivindən heç bir irad eşitmək, qəbul etmək istəmir. Bəzi hallarda isə valideynlər hətta  irəli gedərək müəllimə “sən dərsini keç, uşağı özüm tərbiyə edərəm” deyir. Bu da təbii ki, uşağın fikrini qarışdırmaqla yanaşı, müəllimin motivasiyasını azaldır. 

Halbuki, valideyn hər bir övladına təhsil və tərbiyə verilməsində əsas maraqlı tərəf olmalıdır.

Bunun üçün valideyn körpə yaşından övladını təhsilə və ictimai həyata hazırlamalıdır. Bu istiqamətdə valideynin övladına verə biləcəyi ən gözəl nemət tərbiyədir. 

Bu gün dövlət körpələr evi, uşaq baxçaları açıb. Ona görə yox ki, işləyən və yaxud övladına kifayət qədər vaxt ayıra bilməyənlər bundan faydalansın. Bu layihənin sosial və mənəvi fəlsəfəsi var. Dövlətin hədəfi odur ki, hər bir uşaq cəmiyyətə uğurla adaptasiya olsun, uyğunlaşma tədricən və sivil formada həyata keçsin. 
 

Çox təəssüf ki, bəzi valideynlər bu fəlsəfəni dərk etməkdən çox-çox uzaqdır. Belələri körpəni baxçaya və yaxud körpələr evinə qoymağı artıq məsələ hesab edir. Belə valideynlərin övladları ibtidai sinifə gələn ilk dönəmdə uyğunlaşa bilmir, ağlayır, sinifdən qaçır. Üstəlik, belə uşaqların ən adi ibtidai bilikləri belə olmur, rəqəmləri, hərfləri tanımırlar. 


Ən əsası digər şagirdlərlə münasibətdə həmin uşaqlar problem yaşayır. Sonrakı dönəmdə də belə uşaqlar daha aqressiv, depressiv olurlar. Təəssüflə deməliyik ki, belə uşaqlar böyüdükcə əvvəlki travmalardan qaçmaq və özünü sübut üçün müxtəlif yollara əl atırlar. Bəzi uşaqlar geyimi, bəziləri saç stili, bəzilərisə davranışı ilə digər sinif yoldaşlarından fərqlənmək istəyirlər. 

Belə hallarda hansı problemlər ortaya çıxır?

Adaptasiyada problem yaşayan uşaqlar daha çox fərlənməyə meyl edirlər. Sinif yoldaşlarına dolayısı və birbaşa mesajlar verirlər ki, onların tutduqları xətt düzgün deyil. Belə uşaqları təkcə təhsildən yayınmır, həm də məktəbə xoşagəlməz nümunələr gətirirlər. Məsələn ötən il bəzi məktəblərdə son zəng tədbirində məzunlar tərəfindən “vor-zakon” mahnıları səsləndirilirdi. Bu tip mahnılar sağlam düşüncənin yox, fərqlilik istəyən şagirlərin zövqünün məhsuludur. Onlar özlərini həyatda savadları, tərbiyələri ilə sübut etmək əvəzinə cinayətkarlıq yolu ilə nələrəsə nail olmaq barədə düşünürlər. 

Məktəblərdə fərqlilik yaratmaq istəyən digər qrup şagirdlər məktəbə fərqli saç düzümü və geyimlə gəlirlər. "Təhsil haqqında" Qanunun 14-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. 

İslam adı altında yanlış təbliğat

Maraqlıdır ki, qanun daha çox valideynlərin və məktəblilərin maraqlarına xidmət etsə də, bu qaydanı ən çox pozan da elə onlardır. 

Bəzi məktəblilər və valideynlər pedaqoji heyətin tələblərini qulaqardına vuraraq məktəbə brend geyimlərdə gəlir. Hətta hicabla məktəbə gələnlər də var. Halbuki 10-12 yaşında uşaq İslam dəyərlərini dərk edəcək səviyyədə deyil. Quranda da körpə qızların hicab geyinməsi ilə bağlı hər hansı bir tövsiyə yoxdur. Amma Quranda hər bir müsəlmanın savadlı və bilikli olmasının vacibliyi ilə bağlı kifayət qədər ayələr, surələr var.

İnsan ilk öncə davranışına sərhəd qoymalıdır. 

Yəni insan nə qədər abırlı, tərbiyəli və təhsilli olsa, bir o qədər niqablı, hicablı görünür. Əsas mənəviyyatın niqablı olmasıdır. Yalnız bundan sonra cismani görünüşün hicaba, çarşaba bürünməsi barədə düşünmək olar. 

Ona görə də uşaqlarını məktəbə hicabla gətirən valideynlər ilk növbədə övladının tərbiyəsinə və təhsilinə diqqət ayırmalıdır. Niqablı, çarşablı olmaq hələ mömin olmaq demək deyil. Əsl mömin savadlı olan, hər məsələyə məntiqi ilə yanaşandır. 

Təbii ki, bu məsələlərdə məsuliyyət daha çox valideynin üzərinə düşür. 

Valideyn məsuliyyəti ilk növbədə uşağını təhsilə həvəsləndirməkdən başlayır. Dərsə davamiyyətə nəzarət, ev tapşırıqlarının icrası, uşağın məktəbdəki psixoloji vəziyyəti ilə maraqlanmaq valideynin əsas vəzifələrindəndir. Uşaq hiss etməlidir ki, onun təhsili valideyn üçün əhəmiyyətlidir. Bu hiss ona həm məsuliyyət, həm də özünəinam qazandırır.

Digər mühüm məsələ davranış və əxlaq tərbiyəsidir. Məktəbdə hörmətsiz davranan, qaydalara əməl etməyən, müəllimə və sinif yoldaşlarına qarşı aqressiv münasibət göstərən uşaqların problemi təkcə məktəb problemi deyil. Bu davranışların kökü çox zaman ailə mühitində formalaşır. Valideyn öz davranışı ilə övladına nümunə olmalı, hörmət, səbir və məsuliyyət kimi dəyərləri sözlə deyil, əməli ilə aşılamalıdır.

Valideyn–müəllim münasibətləri xüsusi diqqət tələb edir. 

Müəllimə qarşı etinasızlıq, əsassız ittihamlar və ya uşağın hər səhvini müdafiə etmək, məktəb qaydalarını, geyim kodeksini pozmaq təhsil prosesinə ciddi zərər vurur. Valideyn unutmamalıdır ki, müəllim onun övladının düşməni deyil, əksinə, inkişafı üçün çalışan əsas tərəfdaşdır. Qarşılıqlı hörmət və anlayış olduqda uşaq da bu münasibəti örnək götürür.
 

Müasir dövrdə valideyn məsuliyyəti rəqəmsal nəzarəti də əhatə edir. Uşağın sosial şəbəkələrdə davranışı, onlayn mühitdə keçirdiyi vaxt, izlədiyi məzmun onun psixoloji və akademik inkişafına birbaşa təsir göstərir. Məktəbdəki uğursuzluqların bir çoxu məhz nəzarətsiz texnologiya istifadəsi ilə əlaqəlidir.


Nəticə etibarı ilə məktəbdə sağlam təhsil mühitinin formalaşması yalnız müəllimlərin səyi ilə deyil, valideyn məsuliyyəti ilə mümkündür. Valideyn öz rolunu dərk etdikdə, məktəbə dəstək olduqda və övladının həyatında aktiv iştirak etdikdə, cəmiyyət üçün savadlı, tərbiyəli və məsuliyyətli fərdlər yetişir. Unutmaq olmaz ki, tərbiyənin təməli ailədə qoyulur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

End of content

No more pages to load

RADİO