"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

Qazlı içkilərin, xüsusilə də kolanın sağlamlıq üçün faydalı olmadığı barədə fikirlər geniş yayılıb. Etiketdə göstərilən tərkib isə çox vaxt istehlakçılar üçün anlaşılmaz qalır. Elə buna görə də bir çox insan əsl “Coca-Cola”nın nədən hazırlandığını və onu ev şəraitində hazırlamağın mümkün olub-olmadığı ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, əfsanəvi içkinin tarixi 1886-cı ildə ABŞ-ın Atlanta şəhərində başlayıb.

Əczaçı, Vətəndaş müharibəsinin veteranı Con Pemberton morfinə alternativ axtararkən bitki ekstraktları və şərab əsasında tonik şərbət hazırlayıb. Ştatda “quru qanun” tətbiq edildikdən sonra şərab şəkər şərbəti ilə əvəz olunub və bu gün dünyada ən populyar qazlı içki kimi tanınan məhsulun ilk forması ortaya çıxıb.

Həmin dövrdə içki apteklərdə sinir pozuntuları və baş ağrıları üçün müalicəvi vasitə kimi satılırdı. Daha sonra hüquqları sahibkar Eysa Kendler tərəfindən alınaraq, sonradan bütün dünyaya tanınan şirkətin əsası qoyuldu.

Bu gün bir çoxları koka-kolanın hansı bitkilərdən hazırlandığını bilir. İlkin tərkibdə koka yarpaqları və kola qozu yer alırdı. Zamanla formula dəyişsə də, əsas komponentlərdən biri olan koka yarpağı ekstraktı bu gün də istifadə olunur, lakin artıq alkaloidlərdən tam təmizlənmiş formada. Buna baxmayaraq, içkinin spesifik aptekvari və eyni zamanda təravətləndirici dadını verən əsas məqam uzun illər sirr olaraq qalırdı.

Kimyaçı bloqer bu sirri açmaq üçün bir il ərzində çoxsaylı laboratoriya testləri, o cümlədən kütlə-spektrometriya analizləri aparıb. O, əldə etdiyi nəticələri LabCoatz adlı YouTube kanalında yayımlayıb.

Araşdırma zamanı məlum olub ki, təbii aromatizatorlar adı altında gizlədilən əsas komponent “7X” adlı xüsusi qarışıqdı.

Bu qarışıq müxtəlif efir yağlarından - limon və laym, portağal və darçın, muskat qozu və keşniş və əlavə olaraq fenxel və çay ağacı yağından ibarətdir.

Bloqer bildirib ki, ev şəraitində bu içkini hazırlamaq mümkündür, lakin proses sadə deyil. Təkcə inqrediyentlər yox, həm də turşuluq səviyyəsi mühüm rol oynayır. Məhz ortofosfor turşusu içkiyə dildə hiss olunan kəskinliyi verir. Tərkibə həmçinin kofein, vanil və az miqdarda sirkə də daxildir ki, bu da şirinliyi balanslaşdırır və orijinal dad profilini imitasiya edir.

Aparılan testlər göstərib ki, laboratoriyada hazırlanan içki dad baxımından zavod istehsalı olan kola ilə demək olar ki, eynidir.

Uzun illərdir ən çox müzakirə olunan mövzulardan biri də koka-kolanın tərkibində həşəratlardan əldə edilən boyanın olub-olmamasıdır. Xüsusilə E120 (karmin) adlı boyanın qurudulmuş koşenil böcəklərindən hazırlandığı iddia edilirdi.

Lakin bloqerin apardığı kimyəvi analiz bu şayiələri təkzib edib. İçkinin tünd rəngi yalnız karamel boyası, yəni şəkər hesabına əldə olunur və tərkibdə heyvan mənşəli heç bir maddə yoxdur.

Beləliklə, onilliklərdir dolaşan şayiələr elmi araşdırmalarla təkzib edilib və dünyanın ən məşhur içkilərindən birinin sirri bir qədər də aydınlaşıb. (lent.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

End of content

No more pages to load

RADİO