Azərbaycanda psixi pozuntular ARTIR - Ən çox rast gəlinən diaqnozlar AÇIQLANDI

Son illər Azərbaycanda psixi və davranış pozuntuları olan xəstələrin sayında artım müşahidə olunur. Son statistikalara əsasən, 2024-cü ildə ölkəmizdə psixi və davranış pozuntuları olan şəxslərin sayı 8376 nəfər təşkil edib. Onlardan 6219-u kişi, 2157-i isə qadındır. İlk dəfə bu diaqnoz qoyulan insanların sayı isə 2020-ci ildə 4039, 2021-ci ildə 4751, 2022-ci ildə 6983, 2023-cü ildə isə 10.108 nəfər təşkil edib. Göründüyü kimi, xüsusilə də, ilk dəfə psixi və davranış pozuntusu üzrə qoyulan diaqnozlarda ciddi artım müşahidə olunur.

Qeyd edək ki, bu rəqəmlər psixoaktiv maddə istifadəsi ilə bağlı pozuntuları əks etdirmir.

Söhbət hansı diaqnozlardan gedir? Azərbaycanda hansı psixoloji xəstəliklər geniş yayılıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Gülnar Orucova bildirir ki, ölkəmizdə psixoloqa müraciət edənlər arasında ən çox həyəcan və narahatlıq pozuntuları (anksiyete), panik tutması və Obsessiv-Kompulsiv Pozuntu (OKP) müşahidə olunur:

“Amma depressiyanın da yaşı gəncləşib. Əvvəllər uşaqlarda depressiyanı görmürdük. İndi uşaqlarda da depressiya var. Həmçinin, suisidal meyillər, yəni intihara cəhdlərin və intiharların sayı həddindən artıq çoxalıb”.

Psixoloqun sözlərinə görə, insanların psixoloji zəifliyinin kökündə ən çox ailə və onu əhatə edən mühit dayanır. Lakin bəzi pozuntular, məsələn, bipolyar genetikdir. Son dönəmdə insanlar bipolyar pozuntunu digər xəstəliklərlə səhv salırlar və ya düzgün diaqnoz qoyulmur. Amma bipolyar pozuntunun sayı da artıb:

“Son dövrlər ən çox rast gəlinən pozuntular arasında narsisizm də var ki, bu da birbaşa ailə ilə bağlıdır. Ailədə uşağa söz haqqı verilmir, susdurulur, davamlı olaraq uşaq incidilir, sevgi, diqqət verilmir və bu uşaq böyüyəndə narsisist bir şəxsə çevrilir”.

Bəs psixoloji xəstəliklərin inkişafında ailələrin rolu nədən ibarətdir?

Psixoloq qeyd edib ki, şəxs uşaq ikən alçaldılır və təhqir olunur:

“Məsələn, avtoritar, dəstəkləyici, liberal, hədsiz qoruyucu olmaqla müxtəlif ailə modelləri var. “Yerin dibindən gələn meydan oxuma” anlayışı var. Bu, o deməkdir ki, bir insan uşaq ikən alçaldılır, təhqir olunur, məcazi olaraq yerin dibinə batır. Sonra isə böyüyür, yerin dibindən çıxır və oradan çıxdıqdan sonra o da hər kəsi incidir, təhqir edir, alçaltmağa çalışır. Məsələn, elə rəhbər şəxslər var ki, onlara hörmətlə yanaşılır və kollektivdən ayrılsa belə, o insan hörmətlə anılır. Amma elə müdiriyyət var ki, ancaq işçinin mənfilərini görür və alçaldır. Ən narsisist, mərhəmətsiz, əzazil və hər kəsi özündən üstün görüb əzməyə çalışan insanlar məhz avtoritar ailə modelində yetişmiş olur. Çünki bu ailə modelində bir insan ailədə avtoritet olur və hər kəs onun sözünü eşidir, amma onun sözünü eşitməyən uşağı cəzalandırırlar. Bu uşaq cəza sistemi ilə böyüdüyü üçün çox qəddar olur”.

Psixoloqun sözlərinə görə, hədsiz qoruyucu ailə modelində uşaq o qədər qorunur ki, uşaq qorxaq böyüyür və cəmiyyətə adaptasiya olmaqla çətinlik çəkir: 

“İndiki ailələrdə biz nəyi görürük? Uşaqlar balaca manipulyatorlardır. Bəzən valideyn seansı necə keçirməli olduğumuzu deyir. Övladımızla nə qədər dost olsaq da, sərhədlərimizi qorumalıyıq. Uşaq bizi vurur, amma biz bunu gülərək qarşılayırıq. Amma uşaq valideyni 5-6 insanın içində vurursa, bu artıq bir xəbərdarlıqdır. Çünki o uşaq artıq şiddətə meyilli sayılır”.

Fatimə Əliyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

End of content

No more pages to load

RADİO