“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən TeleradioAkademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, təlimin dördüncü günündə ustad dərslərini “Media FM” radiostansiyasının təsisçisi Rüstəm Əliyev, Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə, Əməkdar jurnalist, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu keçib. Bu dəfə təlim “Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusuna həsr olunub.

Təlim çərçivəsində Rüstəm Əliyev jurnalistikanın əsas vasitəsinin dil olduğunu vurğulayaraq dili qorumaq üçün əvvəlcə onu mükəmməl bilməyin lazım olduğunu qeyd edib. O, Azərbaycan dilinə fars və ərəb dillərinin təsirinin böyük olduğunu, milli söz ehtiyatının qorunmasının və unudulmuş ifadələrin yenidən mediaya qaytarılmasının vacibliyini diqqətə çatdırıb.

Çıxışda, həmçinin Azərbaycan dilinin mövcud vəziyyəti, lüğət ehtiyatımızın zənginliyi və dilin strukturunun qorunmasının vacibliyi məsələlərindən də danışılıb.

Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə isə “Gözəl səs və səlis danışıq – uğura aparan yol” mövzusunda iştirakçılara məlumat verib. O, səsin gözəl səslənməsi üçün hərflərin düzgün tələffüzünün mühüm rol oynadığını qeyd edib.

Təlimdə düzgün nitq üçün nəfəs texnikalarının əhəmiyyəti vurğulanıb, dörd əsas nəfəs üsulu iştirakçılara izah edilib. Səsin keyfiyyətli olması üçün düzgün nəfəsin vacib olduğu bildirilib.

Əməkdar jurnalist, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu “Sərlövhə yaradıcılığı” mövzusu haqqında danışıb. O qeyd edib ki, uzun illər ərzində rastlaşdığı ən ciddi problemlərdən biri sərlövhənin yaradılması olub. Cəmiyyətin fasiləsiz informasiya axını içində qaldığını və medianın vətəndaş jurnalistikası ilə ciddi rəqabət mühitinə daxil olduğunu bildirib. Qabil Abbasoğlu bu şəraitdə medianın əsas silahının düzgün seçilmiş sərlövhə olduğunu vurğulayıb.

Çıxışda yarımbaşlıqların əsasən axtarış motorları üçün nəzərdə tutulması, onların 60 işarədən artıq olmaması və açar sözlərdən ibarət seçilməsi barədə də məlumat verilib.


Qeyd edək ki, keçirilən təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

End of content

No more pages to load

RADİO