Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səhiyyə ocağı ilə bağlı protokol tərtib edib.
Protokola səbəb xəstəxanada təhlükəsizlik və bir sıra tələb olunan qaydalara əməl olunmamasıdır.
Məsələ burasındadır ki, 2025-ci ildə də Naftalan Şəhər Mərkəzi Xəstəxanasında yoxlama tədbirləri keçirilib və problemlərin aradan qaldırılması üçün zaman verilib. Ötən bir il ərzində qeyd olunan nöqsanlar aradan qaldırılmayıb.
Məhkəmə qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanası beş min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyevdir. (Teleqraf.az)
Bizim.Media