2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək — Pensiya alanların NƏZƏRİNƏ

Pensiya sistemi hər ölkədə sosial rifahın əsas göstəricilərindən biri hesab olunur. Müxtəlif dövlətlər bu sahədə fərqli yanaşmalar tətbiq edir.
 

Məsələn, Rusiyada pensiya almaq üçün minimum 15 il sığorta stajına malik olmaq kifayətdir və pensiya məbləği vətəndaşın əməkhaqqı əsasında hesablanır. Bu yanaşma uzun müddət çalışan və rəsmi əməkhaqqı alan şəxslərin gələcək təminatını əsas götürür.


Azərbaycanda isə pensiya hüququ sığorta stajı ilə yanaşı, fərdi hesabda toplanan sosial sığorta kapitalından asılıdır. Son illər aparılan islahatlar pensiya sisteminə daha çox maliyyə intizamı gətirsə də, cəmiyyətdə müəyyən narazılıqlara da səbəb olur.

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda pensiya hüququ əldə etmək üçün minimum 25 illik iş stajı tələb olunur:

“Lakin 2026-cı ilə qədər hökumət vətəndaşlara 25 illik sosial sığorta stajını faktiki olaraq hədiyyə edirdi. 2026-cı ildən etibarən hədiyyə staj hər il bir il azaldılacaq. Faktiki olaraq, 2026-cı ilə qədər pensiyaya çıxmaq üçün sıfır illik real iş stajı kifayət edirdi.
 

Ancaq 2026-cı ildən sonra bu müddət ildən-ilə azalacaq. Məsələn, növbəti ildə 24 il, sonrakı illərdə isə daha az staj hədiyyə olunacaq. Yəni Azərbaycan bu sahədə özünəməxsus sosial model seçib və bu yolu ardıcıl şəkildə davam etdirir.


Hər ölkənin pensiya sistemi fərqlidir. Türkiyədə başqa model tətbiq olunur, Rusiyada başqa, Hindistanda isə tamamilə fərqli yanaşma var. Azərbaycan isə bu istiqamətdə kifayət qədər sosial yönümlü bir yol tutub”.

O bildirib ki, dövlət bu staj hədiyyəsini də ona görə tətbiq edirdi ki, müxtəlif səbəblərdən rəsmi işləyə bilməyən, sosial sığorta ödənişi olmayan şəxslər üçün keçid dövrü yaradılsın:

“Bu barədə illər öncədən xəbərdarlıq da edilmişdi. Əslində sosial sığorta stajı ilə bağlı hədiyyə mexanizminin müddəti 2023-cü ildə başa çatmalı idi, lakin hökumət onu əlavə olaraq üç il uzatdı.
 

2026-cı ildən sonra isə bu mexanizm mərhələli şəkildə ləğv ediləcək. Hazırda faktiki iş stajı sıfır il hesab olunur və pensiya hüququ əsasən əmək haqqı üzərindən formalaşır. Pensiya sistemi hər yerdə olduğu kimi Azərbaycanda da əmək haqqı əsasında qurulub.


Məsələn, özəl sektorda çalışan şəxslərin aylıq əmək haqqısından 10 faiz məcburi pensiya sığortası tutulur. Bu vəsait şəxsin pensiya kapitalını formalaşdırır və gələcəkdə alacağı pensiyanın məbləği də məhz həmin kapital əsasında hesablanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq konfransın iştirakçıları Laçında - VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçında - VİDEO

Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO

Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO

Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı

Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı

Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - VİDEO

Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR - VİDEO

Sarımsaq qadınları ram etməyə kömək edirmi? - ARAŞDIRMA

Sarımsaq qadınları ram etməyə kömək edirmi? - ARAŞDIRMA

Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

Meqan Markl şahzadə Harridən BOŞANIR?

Meqan Markl şahzadə Harridən BOŞANIR?

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO