Masazırda içməli su borusu bir ildən çoxdur ZƏDƏLƏNİB – Tonlarla su çölə axır – VİDEO

Masazır qəsəbəsi, Nəriman Nərimanov küçəsində günlərdir eyni problem sakinləri narahat edir. Zədələnmiş içməli su borusundan tonlarla təmiz su yerə axır, küçəni gölməçəyə çevirir.  Sakinlərin sözlərinə görə, problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə bildirilib.

Qurum tərəfindən dəfələrlə “gələcəyik”, “baxılacaq” vədləri verilsə də, bu günə qədər əraziyə nə qəza briqadası gəlib, nə də real tədbir görülüb.

Şikayətçi Nahib Orucov deyir ki, bir il öncə köçdüyü bu evdə problemin olduğunu ona dəyən ziyandan sonra xəbər tutub. Qonşuların sözlərinə görə əslində bir neçə ildir ki, axıntı olub, aidiyyəti quruma da müraciət edilib. Amma şikayətə laqeyd yanaşılıb. Vəziyyət isə getdikcə acınacaqlı hal alır. 

Hazırda isə şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb. 
 

Su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görüldüyü bir vaxtda Masazırda içməli suyun çölə axması haqlı suallar doğurur: bu israfın məsuliyyətini kim daşıyır? 


Ən acınacaqlısı odur ki, problemin həll olunmadığı bu müddətdə bu qədər içməli su hədər gedir, dövlət resursları açıq-aşkar israf olunur.

Məsələ ilə əlaqədar  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildiyi bildirildi.

Həmçinin qeyd olundu ki, su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Borunun axıntı olan hissəsi müvəqqəti olaraq rezin başlıqla bərpa edilib. Qəza briqadası yaxın zamanlarda xəttin bərpasını icra edəcək.

Mövzunu diqqətdə saxlayacağıq.


Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə bıçaqlanan kişi xəstəxanada VƏFAT ETDİ

Gəncədə bıçaqlanan kişi xəstəxanada VƏFAT ETDİ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada VƏFAT ETDİ

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada VƏFAT ETDİ

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Bolqarıstanda bir əsrlik temperatur rekordu YENİLƏNDİ

Bolqarıstanda bir əsrlik temperatur rekordu YENİLƏNDİ

“Turan Tovuz” “Şəfa”nı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Şəfa”nı məğlub etdi - VİDEO

Azıx mağarasından reportaj - VİDEO

Azıx mağarasından reportaj - VİDEO

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

HƏMAS-ın elit bölməsinin komandiri MƏHV EDİLDİ

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs tutuldu

End of content

No more pages to load

RADİO