Hörmüz boğazında neft tankerlərinə son hücumlardan sonra ABŞ-nin hərbi gəmiləri ərazidən uzaqlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi "Live AIS"in (Automatic Identification System - Avtomatik İdentifikasiya Sistemi) təqdim etdiyi koordinatlara əsasən məlumat yayıb.
Həmçinin neft tankerlərindəki dənizçilərdən sitat gətirilib:
"Amerika gəmiləri ötən gecə bir tankerə edilən hücumdan sonra yarı yolda dayanıb və insidentindən sonra öz istiqamətini dəyişib".
Bizim.Media