Gəncədə kəsici-deşici xəsarət almış kişi xəstəxanada ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prorkurorluq orqanı əməkdaşları cəlb olunub. Ölən şəxsin hansı şəraitdə, necə baş verməsi ilə bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu