Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT

Səhiyyə Nazirliyinin plastik cərrah kimi fəaliyyətinə icazə vermədiyi və adı uğursuz cərrahi əməliyyatda çəkilən Nurlan Həsənli işinə davam edir.
 

MÖVZU İLƏ BAĞLI: 

Ölən blogerin əməliyyat olunduğu klinikanın baş həkimindən AÇIQLAMA


Bizim.Media-nın əldə etdiyi məlumata görə, özünü plastik cərrah kimi təqdim edən Nurlan Həsənli sosial şəbəkələrin bəzisində yeni hesab yaradıb, bəzisində isə köhnə adını yenisi ilə əvəzləyib.

O, “facebook” hesabında əlaqə üçün “Mərcan Medicare” klinikasından əlaqə nömrəsi qeyd etsə də, klinikadan onun həmin xəstəxanada işləmədiyini bildirdilər.

Məlumatın doğruluğunu yoxlayarkən “Mərcan Medicare” klinikasının rəsmi saytında həkimlər bölməsində Nurlan Həsənlinin adına rast gəlmədik.

Nurlan Həsənli hazırda “Glamour Estetik” klinakasında çalışaraq mamoplastika, üzgərmə, bədən şəkilləndirmə, abdominoplastika, rinoplastika, liposaksiya və digər estetik əməliyyatları icra edir.

Xatırladaq ki, Nurlan Həsənlinin adı jurnalist Qənirə Ataşovanın diplomu və Səhiyyə Nazirliyi tərəfindən müvafiq sertifikatı olmayan plastik cərrahların siyahısında yer almışdı.

 

Onun adı, həmçinin bloqer fəaliyyəti göstərən Nərminin ölümündə hallanırdı. Belə ki, 2024-cü ildə Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində meyiti tapılan Nərmin İsgəndərlinin bir müddət öncə “Mərcan Medicare” klinikasında Nurlan Həsənliyə burun əməliyyatı etdirdiyi iddia olunurdu. Lakin klinikanın baş həkimi Araz Ağayev əməliyyatın ölüm halından bir ay öncə və başqa həkim tərəfindən icra olunduğunu açıqlamışdı.


Baş həkim Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.






Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

Dələduz sahibkar həbs edildi

Dələduz sahibkar həbs edildi

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Biləsuvarda TOYDA bıçaqlanma

Biləsuvarda TOYDA bıçaqlanma

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

Mixək çayının yaddaşa faydası

Mixək çayının yaddaşa faydası

End of content

No more pages to load

RADİO