Qanun qarşısında BİGANƏLİK – Sahibkarın qazını kəsən “Azəriqaz” məhkəmə qərarını SAYMIR?

Bir müddət əvvəl “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdaş rayonunun Kükəl kəndində şirkətlərdən birinə məxsus istixana təsərrüfatının təbii qaz təchizatı dayandırılıb. 

Şirkət rəhbərinin bildirdiyinə görə, qazın kəsilməsi üçün hər hansı əsaslı səbəb göstərilməyib və bu addım müəssisənin normal fəaliyyətinə ciddi maneə yaradıb.
 

Yaranmış vəziyyətlə razılaşmayan şirkət məsələni hüquqi müstəviyə çıxararaq Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən işə baxıldıqdan sonra 24 dekabr 2025-ci il tarixində istehlakçının haqlı olduğuna dair qərardad qəbul olunub. Qərarda qeyd edilib ki, istixana obyektinə təbii qazın verilməsinin dayandırılması qanunsuzdur və bu hal sahibkarlıq fəaliyyətinə ağır iqtisadi zərər vurur.


Məhkəmə qərarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinə qaz təchizatının kəsilməsinin qadağan edilməsi və təbii qazın dərhal bərpa olunması tapşırılıb. Hakim vurğulayıb ki, qazın kəsilməsi borcun məbləği ilə müqayisədə müəssisə üçün daha ciddi fəsadlar yaradır, bu isə “mütənasiblik” prinsipinə ziddir və istehlakçının hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Qərardadda həmçinin göstərilib ki, müvəqqəti təminat tədbiri bir ay müddətinə qüvvədədir və bu müddət ərzində qazın verilməsinin dayandırılması yolverilməz sayılır.

Bizim.Media-ya müraciət edən şirkət rəhbərinin bildirdiyinə görə məhkəmə qərarı qüvvədə olduğu halda “Azəriqaz” tərəfindən qaz təchizatı hələ də bərpa edilməyib.
 

"Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət etdik. İdarənin rəisi Cavid Hacıyev məsələ ilə bağlı açıqlama verməyərək, bizi “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə yönəltdi. Qurumun mətbuat katibi əvvəlcə məsələnin araşdırılacağını bildirsə də, dəfələrlə etdiyimiz müraciətlərimizi cavabsız qoyub.


Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən isə bu tip məhkəmə qərarları dərhal icra olunmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

Dələduz sahibkar həbs edildi

Dələduz sahibkar həbs edildi

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Biləsuvarda TOYDA bıçaqlanma

Biləsuvarda TOYDA bıçaqlanma

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

Mixək çayının yaddaşa faydası

Mixək çayının yaddaşa faydası

End of content

No more pages to load

RADİO