Pedoqoji təhsil alan tələbələrin bacarıqlarının artırılması ilə bağlı MEMORANDUM İMZALANDI - FOTO

Yanvarın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bizim.Media xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov qarşılıqlı birgə fəaliyyətin əhəmiyyətinə toxunaraq bildirib ki, bu istiqamətdə həyata keçirilən işlər ölkəmizdə pedaqoji təhsil siyasətinin müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, innovativ düşüncəyə malik, bilikli kadrların hazırlanmasına mühüm töhfə verir.

Rektor Hədəf Şirkətlər Qrupunun bu sahədəki fəaliyyəti və təşəbbüslərini yüksək qiymətləndirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq göstərilən diqqət və hörmətə görə təşəkkür edib, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bir neçə ildir davam edən əməkdaşlıq əlaqələrinin bu memorandumla rəsmi səviyyəyə yüksəlməsinin önəmini vurğulayıb.
 

O bildirib ki, 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqi də ADPU ilə birgə təşkil olunacaq. Qeyd edilib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsi üçün imkan yaradacaq, eyni zamanda bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər tədbirdə iştirak edəcəklər.


Şəmil Sadiq vurğulayıb ki, imzalanan sənəd hər iki qurumun beynəlxalq təhsil müstəvisində birgə fəaliyyətinə hüquqi əsas yaratmaqla yanaşı, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunələrindən biridir.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq əməkdaşlıq memorandumunu imzalayıblar.

Memorandum təhsil, elmi-tədqiqat, təcrübə, kadr hazırlığı və STEAM istiqamətləri üzrə əməkdaşlığın hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişdirilməsi, STEAM əsaslı təhsil modelinin inkişafı, müasir təcrübə və metodikaların birgə tətbiqi, eləcə də universitetlə Hədəf Şirkətlər Qrupu arasında elmi-metodik, praktiki və innovativ layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşusunu təhdid edən şəxs həbs olundu

Qonşusunu təhdid edən şəxs həbs olundu

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

Sibiqa sülh prosesinə keçidin əsas şərtini açıqladı

Sibiqa sülh prosesinə keçidin əsas şərtini açıqladı

Əsl məktəb ab-havası belə olmalıdır – VİDEO

Əsl məktəb ab-havası belə olmalıdır – VİDEO

Tramp Putini xilas etmək üçün Ukraynaya ultimatum verir – Müharibə veteranı

Tramp Putini xilas etmək üçün Ukraynaya ultimatum verir – Müharibə veteranı

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi

Sabahın HAVASI: Yağış, leysan, 27 dərəcə isti...

Sabahın HAVASI: Yağış, leysan, 27 dərəcə isti...

Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi: 6 nəfər HƏBS EDİLİB

Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi: 6 nəfər HƏBS EDİLİB

“Məktəblər kənar ideoloji təsirlərdən qorunmalıdır” – Aynur Hacıqədirlidən SƏRT AÇIQLAMA

“Məktəblər kənar ideoloji təsirlərdən qorunmalıdır” – Aynur Hacıqədirlidən SƏRT AÇIQLAMA

Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT

Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

End of content

No more pages to load

RADİO