"Aydar" batalyonunun keçmiş komandiri Yevgeni Dikiy bildirib ki, ABŞ prezidenti Donald Tramp faktiki olaraq Putinin müttəfiqi kimi çıxış edir və Ukraynaya Rusiya NEZ-lərinə zərbələri dayandırmaq tələbi ilə ultimatum verir.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Dikiyin sözlərinə görə, Rusiya iqtisadiyyatının "qanı" sayılan karbohidrogen obyektlərinə zərbələr Moskvanı ağır vəziyyətə salıb və Putin xilas üçün Vaşinqtona müraciət edib.
Veteran vurğulayıb ki, Tramp öz bəyanatları ilə özünü ifşa edib və hətta Ukraynada kapitulasiyaya imza atacaq "yeni prezidentin" gətirilməsini istəyir.
Dikiy əlavə edib ki, Tramp və Putin administrasiyaları eyni ideologiyanı paylaşır və hazırda azad dünyaya qarşı birləşiblər.
Bizim.Media