İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hicab mövzusunu manipulyasiya edərək Azərbaycana qarşı təbliğat kampaniyasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-a bağlı “SEPAH Pasdaran” teleqram kanalında paylaşım edilib.
Paylaşımda guya Azərbaycanda hicab qadağan olunduğu və buna qarşı etirazların artdığı iddia edilir.
Üstəlik, ölkəmizdə SEPAH-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu şüarla divar kağızları yapışdırdıqları, onların şəklini çəkərək SEPAH-a göndərdikləri bildirilib.
Göründüyü kimi, SEPAH bu görüntülərdən Azərbaycan əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Məqsəd hicab məsələsindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizdə ictimai rəyi manipulyasiya etməkdir.

Bizim.Media