“Məktəblər kənar ideoloji təsirlərdən qorunmalıdır” – Aynur Hacıqədirlidən SƏRT AÇIQLAMA

"Təhsil haqqında qanunvericiliyə əsasən, dövlət məktəbləri dünyəvi xarakter daşıyır. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid geyim standartları müxtəlif nəticələrin əldə olunmasına hədəflənib”.

Bu barədə Bizim.Media-ya açıqlamasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli bildirib.
 

Onun sözlərinə görə vahid geyim mühitində subyektiv yanaşmaların, fikir ayrılıqlarının, eləcə də məktəb daxilində fərqli sosial və ideoloji simvolların qabardılmasının qarşısının alınması, beləliklə, təlim-tərbiyə ocağının kənardan gətirilən təsirlərdən uzaqlaşaraq sırf elmi və tədris yönümlü bir məkana çevrilməsi nəzərdə tutulub.


Aynur Hacıqədirli qeyd edib ki, pedaqoji psixologiya sahəsində hər zaman vurğulanır ki, geyim davranışa və psixoloji köklənməyə birbaşa təsir edən amillərdəndir. Şagirdin geyimi onun məktəb daxilindəki davranışlarına çox mühüm təsir göstərir:
 
"Əvvəla, təhsildəki geyimlə kənardakı geyim arasında sərhəd qoyulur; şagird məktəb, müəllimlər, cəmiyyət və valideynləri qarşısındakı məsuliyyətini dərk edərək özünü dərslərə daha yaxşı kökləyir. Digər tərəfdən, tədris prosesində uşaqların diqqəti bir-birinin geyindiyi brendlərdən və xarici görünüşdən yayınaraq tamamilə dərslərə yönəlir. Bu kodeksin tətbiqi şagirdlərimizin davranışına, intizamına və məsuliyyətinə çox mühüm, müsbət təsir göstərəcək".
 
Dosent vahid geyim formasının üstünlüklərinə də diqqət çəkib. O qeyd edib ki, vahid məktəbli formasının sosial üstünlükləri də var.

Məktəblərə müxtəlif maddi imkanlara sahib ailələrin övladları gəlir və bəzən onlar arasında geyimlərini, var-dövlətlərini sərgiləmək yarışı gedir:
 

"Vahid geyimin tətbiq olunması şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi ən azından minimuma endirəcək. Şagirdlər geyimlərinə görə fərqlənmədikdə bu gərginlik də aradan qalxır. Bu baxımdan tətbiqini vacib hesab edirəm".


 Dosent onu da əlavə edib ki, bu prosesdə yalnız rəhbərliyin deyil, eyni zamanda sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar valideynlərlə dialoq halında olmalı, maarifləndirici görüşlər keçirməli və bu qaydaların tətbiq mahiyyətini düzgün izah etməlidirlər. Uğurlu nəticə yalnız qarşılıqlı dialoq, danışıqlar və maarifləndirmə proseslərinin artırılması sayəsində mümkün olacaq.
 
Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kreditlərin verilməsi qaydaları dəyişdi

Kreditlərin verilməsi qaydaları dəyişdi

Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qonşusunu təhdid edən şəxs həbs olundu

Qonşusunu təhdid edən şəxs həbs olundu

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

End of content

No more pages to load

RADİO