Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur

Azərbaycanda 1 şəhər və 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur.

Bizim.Media xəbər verir ki, Naftalan şəhərində, Nəsimi, Culfa, Gədəbəy və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur.

2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad edilib. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

Keçən il noyabrın 12-də Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda onun yeri boşdur.

Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü - VİDEO

Sibiqa sülh prosesinə keçidin əsas şərtini açıqladı

Sibiqa sülh prosesinə keçidin əsas şərtini açıqladı

Əsl məktəb ab-havası belə olmalıdır – VİDEO

Əsl məktəb ab-havası belə olmalıdır – VİDEO

Tramp Putini xilas etmək üçün Ukraynaya ultimatum verir – Müharibə veteranı

Tramp Putini xilas etmək üçün Ukraynaya ultimatum verir – Müharibə veteranı

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi

Aİ Rusiyaya qarşı 1600 yeni sanksiya mövqeyini təsdiqlədi

Sabahın HAVASI: Yağış, leysan, 27 dərəcə isti...

Sabahın HAVASI: Yağış, leysan, 27 dərəcə isti...

Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi: 6 nəfər HƏBS EDİLİB

Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi: 6 nəfər HƏBS EDİLİB

“Məktəblər kənar ideoloji təsirlərdən qorunmalıdır” – Aynur Hacıqədirlidən SƏRT AÇIQLAMA

“Məktəblər kənar ideoloji təsirlərdən qorunmalıdır” – Aynur Hacıqədirlidən SƏRT AÇIQLAMA

Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT

Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Səhhətində problem olan çağırışçıları hərbi xidmətə göndərənlər CƏZALANDIRILDI

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Prezident: Cənub Şərqi Asiya xarici siyasətimizin prioritetlərindən biridir

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

Meteor yağışı müşahidə olunacaq – BU TARİXLƏRDƏ

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

İlham Əliyev: “Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik”

İlham Əliyev: “Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik”

End of content

No more pages to load

RADİO