Şuşakənd ilk əsgərini qarşıladı – FOTO

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşılayıb. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.

Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb.

Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideyinlər üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an olub. 
 

Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb. 


Şuşakənddə ilk əsgərin qarşılanması azad edilmiş ərazilərdə həyatın bərpasının canlı göstəricisidir. Bu gün bu torpaqda dalğalanan bayraq, sevinc, insanların üzündəki təbəssüm sabaha olan inamı daha da möhkəmləndirir. 

Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO